24.12.2021, 14:00 - Baxış sayı: 429

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi  Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıbCənab Prezident!
Müzəffər Ali Baş Komandan!

Tarix və zaman anlayışları siyasi mahiyyət baxımından sabitlik, inkişaf və tərəqqinin mövcudluğu ilə sıx bağlıdır. Sizin cahanşümül fəaliyyətinizin timsalında syasi liderin sülh fəlsəfəsi Azərbaycanın hədəflərinin miqyasını və bu modelin mahiyyətini təcrübə olaraq öyrənməyə imkan verib. Ötən 18 ilin hədəfləri və onların real mənzərəsi bir daha göstərdi ki, Azərbaycan xalqının müdrik siyasi lideri ilə mütəşəkkil birliyi tarixən malik olduğu sivil dəyərləri və daxili potensialının nəyə qadir olduğunu bəşəriyyətə sübut edən mühüm amilə çevrildi.
Biz indi fəlsəfi-sosioloji və siyasi elmlərin hədəflərində Sizin imzaladığınız Fərman və Sərəncamların yalnız ölkəmizin tərəqqisi naminə müstəsna əhəmiyyətini deyil, bütövlükdə çevik idarəetmənin konseptuallığında İlham Əliyev şəxsiyyətinin bəşəri mahiyyətinin elmi əsaslarına dair tədqiqatlar aparırıq. Bu hazırkı dönəmdə regionun sabitliyi və tərəqqisi naminə yaratdığınız yeni reallıqların təhlili və tədqiqidir. Bu reallıqlar Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyev və İlham Əliyev mərhələsinin ümummilli tərəqqini tamlaşdırdığını təsdiq edir. Ölkəmizin I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın isə Sizinlə bütün uğurlu addımlarınızda bərabər fəaliyyəti ümumxalq ehtiramını, xalqın məhəbbətini daha da çoxaltmışdır.

Cənab Prezident!
Həyata keçirdiyiniz uğurlu strategiyanın dərin mahiyyəti ondadır ki, o dünyada mütərəqqi ideyalara olan hücumların, bəzi qüvvələrin əməllərinin tənəzzülə səbəb olmasının meydan suladığı zamanında öz hədəflərinə nail olmuşdur. Bu isə möhkəm iradənin, siyasi ustalığın və yüksək intellektin planetar düşüncə ilə vəhdətinin məhsuludur.
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutu elmi tədqiqat hədəflərində həm də Sizin çağırışlarınızı və yaratdığınız yeni reallıqları tam mahiyyəti ilə araşdırıb, ictimiyyata və gələcək nəsillərimizə çatdırılmasını qarşıya məqsəd qoyub. 2021-ci ilin elmi tədqiqat yekunları göstərdi ki, nailiyytlərimiz az deyil. Lakin daha məsuliyytlə çalışmaq, sabitliyin qüdrətli dövlətin və qələbənin bizə verdiyi imkanların fəlsəfi, siyasi mahiyyətinin şüurlarda dərki prosesini əməli fəaliyyətimizdə yerinə yetirmək kimi daha önəmli məsələ qarşımızda dayanır. Bu dərin məsuliyyəti üzərimizdə Azərbaycan xalqının qalib sərkərdəsi, adı tariximizə xalqının ruhunun daşıyıcısı və nəbzi ilə vuran xarizmatik lider olaraq düşümüş İlham Heydər oğlu Əliyevin 60 illik yubileyi ilə bir arada olduğunu anlamaq və əməl etmək tarixi bir xoşbəxtlikdir. Bu münasibətlə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun çoxsaylı kollektivi və yeni Azərbaycan Partiyasının İnstitut üzrə partiya təşkilatının fəal siyasi həmfikirləri adından Sizi təbrik edir, xalqımızın firavanlığı naminə misilsiz xidmətinizdə Sizə bundan sonra da uğurlar arzulayırıq. Ölkəmizin ziyalıları olaraq Sizi əmin etmək istəyirik ki, qarşımızda qoyduğunuz vəzifələri bundan sonra da rəhbərliyiniz altında sağlam düşüncə və xalqına sədaqətlə xidmət etmək prinsipi əsasında yerinə yetirəcəyik...
Yaşasın Qüdrətli Azərbaycan!
Yaşasın Qalib Ali Baş Komandan!


Dərin hörmətlə! AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi.