20.12.2021, 10:15 - Baxış sayı: 612

Fəlsəfə və Sosiologiya İnstitutu illik hesbat verib


Fəlsəfə və Sosiologiya İnstitutu illik hesbat veribAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası institutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra institutun elmi katibi, f.ü.f.d, Sevinc Həsənova elmi müəssisənin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib:


I. Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamına müvafiq olaraq 3 beynəlxalq konfrans keçirilmişdir:
1. “Nizami irsinin fəlsəfi problemləri”, 12 aprel 2021-ci il
2. Heydər Əliyev qiraətləri çərçivəsində “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” - 14 iyun 2021-ci il
3. “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər”, 16-17 noyabr,2021-ci il
1 Respublika Konfransı keçirilmişdir:
“Dünya mədəniyyətlərində Nizami Gəncəvi fenomeni”, 4 mart 2021-ci il.
Fəlsəfə və Sosiologiya İnstitutu illik hesbat verib
2 monoqrafiya- “Müasir fəlsəfə problemləri” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Təhməzovanın “Nizami Gəncəvinin dünyagörüşündə sosial və mədəni dəyərlər” adlı monoqrafiyası və “Nizami irsində fəlsəfi baxış və universal dəyərlər” adlı kollektiv monoqrafiya.
- 10 məqalə elmi nəşrlərdə və 30 KİV-də, 30 konfrans materialı (3-ü xarici), 25 konfranslarda çıxışlar olmuşdur.
II. Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfizadənin 100 illiyini qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq 3 monoqrafiya (1-i xaricdə) f.e.d., prof. Arif Büniyatovun “Qeyri-səlis məntiq konsepsiyasının fəza-kontent informasiyanın verilməsində tətbiqi” adlı monoqrafiyası, “Pandemiya dövründə fəlsəfə və Lütfi Zadənin qeyri-səlis məntiqi” adlı kollektiv monoqrafiya və İnstitutunun baş direktoru, f.e.d., prof. İlham Məmmədzadə və f.e.d., prof. Arif Büniyatovun birgə müəllifliyi ilə “Qeyri-səlis məntiq konsepsiyasının Elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları” adlı monoqrafiyaları.
1 beynəlxalq konfrans keçirilmişdir:
- “Qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi-qnosoloji əsasları və tətbiqi kriteriyaları”.
Bundan başqa 3 ümuminstitut seminarı, 1 “Süni intellekt” adlı Elektron Almanax fəaliyyətdədir, 25 məqalə elmi nəşrlərdə, 15 xarici konfrans materialları, 20 konfranslarda çıxışlar olmuşdur.
II. AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrası ilə əlaqədar görülən işlər:
1. Tanınmış filosof, professor Midhət Ağamirovun 100 illiyinə həsr olunmuş “Professor Midhət Ağamirov və onun fəlsəfi irsi” adlı konfrans;
2. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının qərarı ilə AMEA-nın müxbir üzvü Zakir Məmmədovun 85 illik yubileyinə həsr olunmuş “Qarabağ və milli fəlsəfi irs” mövzusunda elmi konfrans;
3. AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın yubileyinə həsr olunmuş “Fəlsəfə, ideologiya və mədəniyyət” mövzusunda elmi konfrans.
İnstitutda hesabat dövründə 2 elmi istiqamət, 4 problem, 15 mövzu üzrə 138 elmi tədqiqat işi yerinə yetirilmişdir. 2021-ci ildə elmi tədqiqat işlərinin nəticəsi olaraq İnstitut əməkdaşları tərəfindən 24 monoqrafiya, o cümlədən 4-ü xaricdə (1-i kollektiv monoqrafiya olmaqla) 2 toplu və 1 elektron almanax olmaqla, 7 kitab, 1 dərs vəsaiti, 2 proqram, 430 məqalə və konfrans tezisləri (onlardan 95 məqalə və konfrans tezisləri xaricdə, 8 məqalə impakt faktorlu jurnallarda, 198 məqalə kütləvi informasiya vasitələrində dərc edilmişdir) və İnstitut əməkdaşları xaricdə keçirilən konfranslara 90 məruzə ilə çıxışlar etmişlər.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 2021-ci ildə tətbiq olunmuş mühüm nəticələr kimi aşağıdakıları göstərmək olar:
1. AR Prezidenti İ.Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi” monoqrafiyasını;
2. «Поэзия Насими – гимн человеку Синтез духовно-культурных ценностей Востока и Запада” kollektiv monoqrafiyasını.

AMEA ÜMUMİ YIĞINCAĞININ 27 may 2021-ci il TARİXLİ 1/1 NÖMRƏLİ QƏRARININ İCRASI İLƏ ƏLAQƏDAR GÖRÜLMÜŞ İŞLƏR HAQQINDA MƏLUMAT
3.5 yarımbəndində işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı “Cənubi Qafqazda postkonflikt dövrünün yeni düzən fəlsəfəsi”, Silkvay Beynəlxalq Universiteti ilə birgə və “Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı 2 beynəlxalq konfrans, “Qələbə və Cənubi Qafqazın yeni geosiyasi reallıqların fəlsəfəsi” və “Qurtuluşdan başlayan zəfər yolu: Türkiyə Azərbaycan müttəfiqliyi sabitliyin qarantıdır” adlı 2 respublika konfransı, 2 ümuminstitut tədbirləri, 70 ETİ, 122 məqalə, 53 beynəlxalq konfrans materialı, 101 məqalə KİV-də nəşr olunmuşdur.
3.6 yarımbəndində Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edən əsas amillərə elmi tədqiqat planlarında xüsusi yer ayrılması, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla Azərbaycanda ekoloji durumun sağlamlaşdırılması ilə bağlı 17 ETİ , 15 məqalə elmi nəşrlərdə (5-i xarici), 21 konfrans materialları çap olunub.
Ölkədə koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı həyata keçirilən işlərə elmi dəstək verilməsi istiqamətində 1 Kollektiv monoqrafiya (“Pandemiya dövründə fəlsəfə və Lütfi Zadənin qeyri-səlis məntiqi”), 1 Virtual almanax (“Pandemiya dövründə fəlsəfə”) fəaliyyətdədir, 9 konfrans materialları və 10 məqalə elmi nəşrlərdə çap olunub.
Azərbaycanın ədəbi, tarixi, mədəni irsinin tədqiqi, Azərbaycan həqiqətlərinin təhrif olunmasına yönəlmiş saxta iddialara qarşı elmi əsaslandırılmış arqumentlərin işlənilməsi, Azərbaycanda multikulturalizm, dini və milli tolerantlıq kontekstində Azərbaycançılıq ideologiyasının inkişafı istiqaməti ilə bağlı «Поэзия Насими – гимн человеку. Синтез духовно-культурных ценностей Востока и Запада” adlı 1 kollektiv monoqrafiya, 52 məqalə elmi nəşrlərdə, 43 konfrans materialları, 72 konfrslarda çıxış və 64 məqalə KİV-də nəşr edilmişdir.

AMEA RƏYASƏT HEYƏTİNİN 10 İYUN 2021-Cİ İL TARİXLİ 13/1 NÖMRƏLİ QƏRARININ İCRASI İLƏ ƏLAQƏDAR GÖRÜLMÜŞ İŞLƏR HAQQINDA MƏLUMAT
AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli 13/1 nömrəli qərarinin icrasi ilə əlaqədar olaraq
1. Elmin inkişafı bəndinə uyğun olaraq 5 monoqrafiya - “Həyat sosiologiyası: tarix və müasirlik baxımından”, Azərbaycan və rus dillərində, (Kollektiv monoqrafiya), Məmmədov Əhməd Qəşəmoğlunun “Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə”, Müstəqil Ağayevin “Azərbaycanın müasir fəlsəfə tədqiqatçıları”, Faiq Ələkbərovun “Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)”. III hissə və “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” monoqrafiyaları və “İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında” adlı 1 toplu çap edilmişdir.
22 elmi nəşrlərdə məqalə, 12 konfrans materialı, 21 konfranslarda çıxışlar, 18 KİV-də nəşr edilmişdir.
2. Ordu quruculuğu ilə bağlı “Prezident İlham Əliyevin Azərbaycanın inkişafının strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” adlı 1 Kollektiv monoqrafiya, 2 toplu nəşr edilmiş, 28 ETİ, 40 elmi nəşrlərdə məqalə, 32 konfrans materialı, 15 konfrslarda çıxışlar, 53 KİV-də olmuşdur.
3 İnformasiya cəmiyyətinin yaradılması ilə bağlı 12 ETİ, 35 məqalə elmi nəşrlərdə (5-i xaricdə), 12 konfrans materialları, 18 konfranslarda çıxışlar olmuşdur.
1.6. "AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ 2020-2025-Cİ İLLƏR ÜÇÜN İNKİŞAF PROQRAMI”NDA NƏZƏRDƏ TUTULMUŞ TƏDBİRLƏRİN İCRASI HAQQINDA MƏLUMAT

1. AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramı ilə əlaqədar görülmüş işlər üzrə
Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi və hərbi gücün artırılması ilə bağlı “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar”, “Prezident İlham Əliyevin Azərbaycanın inkişafının strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil”, İnstitutun baş direktoru, f.e.d, prof. İlham Məmmədzadə və siyasi e.ü.f.d. Sənan Həsənovun birgə müəllifliyi ilə “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi”, İnstitutun icraçı direktoru, t.e.d. Eynulla Mədətlinin “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər “yolu”” adlı 4 monoqrafiya, 2 beynəlxalq konfrans (“Cənubi Qafqazda postkonflikt dövrünün yeni düzən fəlsəfəsi” mövzusunda beynəlxalq onlayn konfrans, Silkvay Beynəlxalq Universiteti ilə birgə və “Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans), “Qələbə və Cənubi Qafqazın yeni geosiyasi reallıqların fəlsəfəsi”, “Qurtuluşdan başlayan zəfər yolu: Türkiyə Azərbaycan müttəfiqliyi sabitliyin qarantıdır” və “30 illik müstəqillik yolu və qələbə” adlı 3 respublika konfransı, 70 ETİ, 62 konfrans materialları və 122 məqalə elmi nəşrlərdə, həmçinin 98 məqalə KİV-də nəşr edilmiş, 73 məruzə ilə konfranslarda çıxışlar etmişlər.
3.1.2.10 bəndində ətraf mühitin mühafizəsi bəndi ilə bağlı 12 ETİ, 24 məqalə elmi nəşrlərdə, 15 Konfrans materialları, 28 KİV də nəşr edilmişdir.
3.12.13 bəndində milli-mənəvi irsin dərindən öyrənilməsi, azərbaycan dilinin saflığı qorunması, Azərbaycançılıq ideologiyası aid məsələlərin işlənməsinə uyğun olaraq 25 ETİ, 1 beynəlxalq konfrans («Mənəvi dəyərlərin milli və ümumbəşəri səciyyəsi: epistemoloji problemlər»), 2 respublika konfransı, 4 kollektiv monoqrafiya (2-si xaricdə), f.ü.f.d. Müstəqil Ağayevin “Azərbaycanın müasir fəlsəfə tədqiqatçıları” adlı monoqrafiyası nəşr edilmişdir.

1.7. ELMLƏ TƏHSILIN INTEQRASIYASI

1. 16.02.2021-25.05.2021-ci il tarixləri müddətində BDU-nun “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin «Beynəlxalq münasibətlər» ixtisası üzrə IV kursunun 32 nəfər tələbəsi «Müasir siyasətin fəlsəfəsi və sosiologiyası» şöbəsində tədris təcrübəsi keçmişlər.
2. Qərbi Kaspi Universitetinin “Fəlsəfə” fakültəsinin IV kursunun 19 nəfər tələbəsi “Etika” və “Müasir fəlsəfə problemləri” şöbələrində 16.02.2021-25.05.2021-ci il tarixləri müddətində tədris təcrübəsi keçmişlər.
3. "Microsoft Teams" platforması üzərindən təşkil edilən Qış məktəbinin onlayn dərsində professor İlham Məmmədzadə “Gənc mütəxəssislərin elmə yiyələnmək problemi: dünyada və Azərbaycanda- müqayisəli təhlil” mövzusunda tələbələrə mühazirə oxumuşdur, 12 fevral 2021.
4. İnstitutunun aparıcı elmi işçisi, dosent Zeynəddin Şabanov Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda elmi seminarda məruzə ilə çıxış etmişdir, 7 iyun 2021.
5. 9 dekabr 2021- ci tarixində Bakı şəhəri Sabunçu rayonu 187 saylı orta məktəbin 11-ci sinif şagirdləri ilə “Ulu Öndər H.Əliyevin irsi gəncliyimizin və gələcəyimizin uğurlu təminatçısıdır” anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

BEYNƏLXALQ ƏLAQƏLƏR HAQQINDA MƏLUMAT

2021-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 5 saziş bağlanmışdır:
1. Qazaxıstan Respublikasının Çimkənd şəhər Beynəlxalq İpəkyolu Universiteti ilə birgə əməkdaşlıq barəsində Memorandum;
2. Özbəkistanın Mirzo Ulubek adına Milli Universiteti ilə əməkdaşlıq haqqında Memorandum;
3. Qazaxıstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun əməkdaşları Kumisxodjaev Erbol Serikbaeviç, institutun aparıcı elmi işçisi Şaqırbay Almasbek Duysenbekulı və mərkəzin eksperti Şıntemirova Baxıt Sadvakasovna ilə görüş keçirilmişdir və saziş bağlanmışdır;
4. Pakistan İslam Respublikasının Sülh və Diplomatik Araşdırmalar İnstitutunun elmi işçisi, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, doktor Məhəmməd Asif Nur ilə görüş keçirilmiş və əməkdaşlıq haqqında Memorandum imzalanmışdır;
5. Polşa Respublikasının Jeşuvski Universitetinin professoru Kşiştof Boxenek ilə görüş keçirilmişdir və əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
2021-ci ildə Fəlsəfə və Sosiologiya İnstitutu xarici ölkələrin 17 elmi mərkəzləri ilə bağladığı elmi əməkdaşlıq haqqında müqavilə və memorandumlara əsasən öz işini davam etdirmişdir.

1.12. ELEKTRON ELMİN VƏZİYYƏTİ

Fəlsəfə və Sosiologiya İnstitutunda «İctimaiyyətlə əlaqələr» şöbəsi fəaliyyət göstərir. Şöbənin əsas məqsədi institutda keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdir. 01.01.2021-ci ildən 10.12.2021-ci il tarixinədək saytda Azərbaycan və rus bölməsinə yerləşdirilmiş materiallara 61.179 baxış olmuşdur. İnstitutun saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
1.13. NƏŞRİYYAT FƏALİYYƏTİ, ELMİ MƏQALƏLƏR, O CÜMLƏDƏN WEB OF SCİENCE VƏ SCOPUS BAZALARINDA DƏRC OLUNMUŞ MƏQALƏLƏR, ELMİ İŞÇİLƏRİN ƏSƏRLƏRİNƏ OLAN İSTİNADLAR, ALINMIŞ PATENTLƏR HAQQINDA MƏLUMAT
(Elmi əsərlərin siyahısına 2020-ci ilin sonunda çapdan çıxmış, lakin 2020-ci ilin hesabatına salınmamış elmi işlər də daxil edilmişdir).

XARİCDƏ ÇAP OLUNANLAR

1. «Поэзия Насими – гимн человеку. Синтез духовно-культурных ценностей Востока и Запада”. Москва, (Kollektiv monoqrafiya)
— “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əliyeva Zöhrə Soltan qızı
2. “Le phénomène des Lumières en Azerbaïdjan”, (“Azərbaycanda maarifçilik fenomeni”) Fransa.
— «Məntiq» şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Büniyatov Arif Rüstəm oğlu
3. “Qeyri-səlis məntiq konsepsiyasının fəza-kontent informasiyanın verilməsində tətbiqi”. Almaniya.
— “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələkbərov Faiq Qəzənfər oğlu
4. “Azerbaycan Türk Felsefi ve İçtimai Fikir Tarihi (XIX-XX Yüzyıllar)”. I cild. Ankara.

ÖLKƏDƏ ÇAP OLUNANLAR

1. “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuşdur). (Kollektiv monoqrafiya)
2. “Həyat sosiologiyası: tarix və müasirlik baxımından” (Azərbaycan və rus dillərində). (Kollektiv monoqrafiya)
3. “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda beynəlxalq elmi konfransın materialları. (Kollektiv monoqrafiya)
4. “Pandemiya dövründə fəlsəfə və Lütfi Zadənin qeyri-səlis məntiqi”. (Kollektiv monoqrafiya)
5. “Prezident İlham Əliyevin Azərbaycanın inkişafının strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil”. (Kollektiv monoqrafiya)
6. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” (Bakı Beynəlxaql Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan II kitabı) (həmmüəlliflərlə)
— Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmmədzadə İlham Ramiz oğlu və «Məntiq» şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Büniyatov Arif Rüstəm oğlu
7. “Qeyri-səlis məntiq konsepsiyasının Elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları”.
— Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmmədzadə İlham Ramiz oğlu və “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Həsənov Sənan Səməndər oğlu
8. “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi”.
— “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Quliyeva Xatirə Nəcəfqulu qızı
9. “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü”.
— İnstitutun icraçı direktoru, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin müdiri, tarix elmləri doktoru Mədətli Eynulla Yadulla oğlu
10. “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər “yolu””.
— “Sosiologiya” şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məmmədov Əhməd Qəşəmoğlu
11. “Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə”.
— «Etika» şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qafarov Anar Qabil oğlu
12“Din və ideoloji təhlükəsizlik”. (həmmüəlliflərlə)
13. “İzahlı dini terminlər lüğəti”. (həmmüəlliflərlə)
— “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələkbərov Faiq Qəzənfər oğlu
14. Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər). III hissə.
15. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq (Tamamlanmış və əlavələrlə yenidən işlənmiş ikinci nəşri).
– “Müasir fəlsəfə problemləri” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Təhməzova Elmira Əliseyran qızı
16. “Nizami Gəncəvinin dünyagörüşündə sosial və mədəni dəyərlər”.
– “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ağayev Müstəqil Bağır oğlu
17. “Azərbaycanın müasir fəlsəfə tədqiqatçıları”.

TOPLULAR

1. “Müasir fəlsəfənin tədrisi: metodologiya, nəzəriyyə və praktika”.
2. “İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında”.
3. “Süni intellekt, qeyri-səlis məntiq və fəlsəfə” adlı elektron almanax, www.philosophy.edu.az

KİTABLAR

— «İslam fəlsəfəsi» şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Bünyadzadə Könül Yusif qızı
1. “Könül dünyası”, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun layihəsi əsasında hazırlanmışdır.
— «Məntiq» şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Tağıyev Əlikram Mirhəsən oğlu
2. «Ömürdən keçən illər». Xatirə kitabı. IV kitab. Qocalıq.
— “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rüstəmova Afaq Balaoğlan qızı
3. “Bir əsgərin həyat yolu”.
— “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Məlikli Günel Qurbanəli qızı
4. «Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu».
— “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Bədəlov Rəhman Ağahüseyn oğlu
5. “Публичный дневник”. «Пергамент».
6. “Мудрость смерти”. «Пергамент».
— «Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi» şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sərdarov Məmmədağa Əhmədkərim oğlu
7. Elmi və ədəbi yaradıcılığına dair “Biblioqrafik məlumat kitabçası”.

DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ

— «Etika» şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qafarov Anar Qabil oğlu (Aqil Şirinovla həmmüəllif)
1. “İslam fəlsəfəsi (orta əsrlər)” dərs vəsaiti.
2. TƏDRIS PROQRAMI hazırlanıb (“7214.01 - Din tarixi və fəlsəfəsi ixtisasından imtahan proqramı” Anar Qafarov və “Beynəlxalq münasibətlər nəzəriyyəsi” üzrə tədris fənn proqramı Adil Qurbanov
XARİCDƏ 95 MƏQALƏ çap olunub, onlardan 9-u (3-ü impakt faktrlı) professor Məmmədzadə İlham Ramiz oğlunun, “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin 13, «Etika» şöbəsinin 13, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin 11, “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin 10 (1-i impakt faktrlı), “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsinin 8, “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin 7 (1-i impakt faktrlı), “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin 5, «İslam fəlsəfəsi» şöbəsinin 4 (1-i impakt faktrlı), “Müasir fəlsəfə problemləri” şöbəsinin 4, “Sosiologiya” şöbəsinin 3 (1-i impakt faktrlı), «Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi» şöbəsinin 3, “Beynəlxalq əlaqələr” şöbəsinin 3, “Estetika” şöbəsinin 1, “Sosial psixologiya” şöbəsinin 2 (1-i impakt faktrlı).
ÖLKƏDƏ NƏŞR OLUNMUŞ MƏQALƏ VƏ KONFRANS TEZISLƏRI
İnstitutun əməkdaşları respublika elmi-nəzəri jurnallarında 345 məqalə, beynəlxalq və respublika konfrans tezisləri, eləcə də 198 elmi məqalə ilə «Azərbaycan», «Respublika», «Xalq», «Elm», «Kaspi» və digər qəzet və saytlarda çıxışlar etmişlər.
Bundan əlavə 2021-ci ildə Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Respublikası Prezidenti yanında AAK-n nəşrlər siyahısına salınmış Redaksiya heyəti beynəlxalq tərkibli olan “Elmi əsərlər”in 2 nömrəsi nəşr edilib.

İMPAKT FAKTORLU JURNALLARDA ÇAP OLUNMUŞ MƏQALƏLƏR

— Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor Məmmədzadə İlham Ramiz oğlu
1. “Azərbaycan fəlsəfəsi haqqında bir neçə fikir”// Çin Sosial Elmlər Akademiyasında Çin Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, “Rusiya və Çin mədəniyyətinin öyrənilməsinə dair kitablar seriyası”ndan “Milli fəlsəfədən hansı mənada danışmaq lazımdır” adlı toplu. Çin, 2021. Chin-Sosial-Elmler-Akademiyasi.pdf
2. “Türk-İslam sivilizasiyasının strateji əsaslarının formalaşması: təşəkkülü və mədəni perspektivləri” (“STRATEGIC SUBSTANTIATIONS ON THE FORMATION OF THE TURKIC MUSLIM CIVILIZATION: AN ORGANIZATIONAL & CULTURAL PERSPECTIVE”), “Skops” bazasına daxil olan “ Akademik Strateji Menecment” jurnalı, Volume 20, Special Issue 5, 2021. («Müasir siyasətin fəlsəfəsi və sosiologiyası» şöbəsinin aparıcı elmi işcisi, fəlsəfə üzrə fəlsəfə doktoru Məmmədzadə Zemfira Ziyəddin qızının həmmüəllifliyi ilə)
3. On the Issue of Refugees (Migration) in the Context of Correlation of Culture and Civilization. // Refugees – Fears, Understanding, Empathy. Nakova, A., T. Nedelcheva (ed.), Sofia: Academic Press “Marin Drinov”.
— «İslam fəlsəfəsi» şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Bünyadzadə Könül Yusif qızı
4. Rabiə əl-Ədəviyyə və Edit Stein (“The Sufi Phenomenology of Love Based on the Thoughts of Rabia al-Adawiyya and Editth Stein”) – “Beynəlxalq İslam təfəkkürü” (“International Journal of Islamic Thought”), Volume 18, s. 27-33.
— “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əliyeva Zöhrə Soltan qızı
5. Solving the Problems of Refugees in the Modern Wold. // Refugees – Fears, Understanding, Empathy. Nakova, A., T. Nedelcheva (ed.), Sofia: Academic Press “Marin Drinov”. 2021.
— “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin elmlər doktoru proqramı üzrə doktorantı, f.ü.f.d Hüseynova Nigar Əkrəm qızı.
6.Философская составляющая исследований культуры (Mədəniyyəti tədqiqinin fəlsəfi tərkibi). Вопросы философии. Научно-теоретический журнал. Российская Академия Наук Институт Философии Ран. № 2. МОСКВА, 2021. c. 65-76
— «Siyasətin fəlsəfəsi və sosiologiyası» şöbəsinin aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Bağırov Şahin Xanoğlan oğlu
7. Political and Historical Features of the Formation of the Elite in Azerbaijan./ Transylvanian Review: Vol 29, No. 3, August 2021 15722
— «Sosial psixologiya» şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Aslanov Heydər Arif oğlu
8. “Cybernetic Transgression and Diogenes’ Last Clay Jar”// “Advanses in Educational Technology and Philosopfy” journal, The 2nd International Conference on Educational Innovation and Philosophical Inquiries (ICEIPI 2021), Stanford University, CA, US, Paper ID: ICEIPI_167, ISSN: 2371-9400, August 8, 2021.
2021-ci ildə 7 beynəlxalq konfrans keçirilmişdir:
1. «Mənəvi dəyərlərin milli və ümumbəşəri səciyyəsi: epistemoloji problemlər» mövzusunda zoom platforması üzərindən beynəlxalq videokonfrans, Şərq-Qərb Qadın İnkişaf Mərkəzi İctimai Birliyi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə, 27 Fevral, 2021
2. “Cənubi Qafqazda postkonflikt dövrünün yeni düzən fəlsəfəsi” mövzusunda beynəlxalq onlayn konfrans, Silkvay Beynəlxalq Universiteti ilə birgə, 11-12 mart, 2021
3. "Elm günü"nə və Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş “Qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi-qnosoloji əsasları və tətbiqi kriteriyaları” adlı beynəlxalq onlayn konfrans, 17 mart, 2021.
4. “Nizami irsinin fəlsəfi problemləri” mövzusunda beynəlxalq onlayn konfrans, “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında, 12 aprel, 2021.
5. “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans, Elm Tarixi İnstitutu ilə birgə, Bakı, 14 iyun, 2021
6. “Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans, 29 oktyabr, 2021.
7. “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda beynəlxalq onlayn və oflayn konfrans, MEA Fəlsəfə və Sosiologiya İnstitutu, YUNESKO Azərbaycan Respublikasının Milli Komissiyası və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə, Bakı, 16-17 noyabr, 2021.
2021-ci ildə 6 respublika elmi-nəzəri konfrans keçirilmişdir:
1. “Qələbə və Cənubi Qafqazın yeni geosiyasi reallıqların fəlsəfəsi” adlı onlayn respublika konfransı, 29 yanvar, 2021.
2. “Qurtuluşdan başlayan zəfər yolu: Türkiyə Azərbaycan müttəfiqliyi sabitliyin qarantıdır” mövzusunda elmi konfrans, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutu və “İki sahil” qəzetinin birgə təşkilatcılığı ilə, 17 İyun, 2021.
3. Tanınmış filosof, professor Midhət Ağamirovun 100 illiyinə həsr olunmuş “Professor Midhət Ağamirov və onun fəlsəfi irsi” adlı konfrans, 23 iyun, 2021.
4. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr edilmiş “14 iyul: Müstəqilliyimizə gedən yolda Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar” mövzusunda ümumrespublika videokonfransı, Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatının, A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin birgə təşkilatçılığı ilə, 15 iyul, 2021.
5. Görkəmli filosof, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 85 illik yubileyinə həsr olunan “Qarabağ və milli fəlsəfi irs” mövzusunda elmi konfrans, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Humanitar və İctimai Elmlər bölməsinin Elmi Şurasının 22 iyun 2021-ci il tarixli 2 nömrəli qərarına əsasən, 14 oktyabr, 2021.
6. 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə, 18 Oktyabr, 2021.

2021-ci ildə 15 tədbir keçirilmişdir:
1. “2 fevral Gənclər günü”nə həsr olunmuş “Zəfər tariximizdə gənclərin rolu” mövzusunda tədbir, 2 fevral, 2021
2. "Savaş və postsavaş dövründə fəlsəfi təfəkkürün formalaşması" mövzusunda onlayn dəyirmi masa, 10 fevral, 2021
3. Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn anım tədbiri, 26 fevral, 2021.
4. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn anım tədbiri, 31 mart, 2021.
5. “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” adlı monoqrafiyanın (İnstitutun şöbə müdirləri f.e.d. Füzuli Qurbanov və t.e.d. Eynulla Mədətlinin həmmüəllifliyi ilə), “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” adlı toplunun və “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarovun “Mahir siyasətçi, müdrik rəhbər” adlı kitablarının müzakirəsi, 19 aprel, 2021.
6. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar “Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür” mövzusnda dəyirmi masa, 28 aprel, 2021.
7. Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir, 8 may, 2021.
8. Qadınlar Şurasının təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunan tədbir, 18 may, 2021.
9. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq "Respublika günü Vətən müharibəsində qələbəmizin kontekstində" mövzusunda dəyirmi masa, 26 may, 2021.
10. “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələkbərov Faiq Qəzənfər oğlunun "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı III cildlik kitabının təqdimatı, 4 iyun, 2021
11. “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabının təqdimatı, AMEA-nın İctimai Elmlər Bölməsi və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə, 14 sentyabr, 2021.
12. “Zəfər gününün fəlsəfəsi” mövzusuna həsr edilmiş ümumrespublika tədbiri və AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə və institut tərəfindən hazırlanmış “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” adlı kitabın elmi təqdimatı, 27 sentyabr, 2021.
13. “Vətən müaharibəsində şanlı qələbəmiz”in ildonümünə həsr edilmiş tədbir, 05 noyabr, 2021.
14. AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın yubileyinə həsr olunmuş “Fəlsəfə, ideologiya və mədəniyyət” mövzusunda elmi konfrans keçiriləcək, 16 dekabr, 2021.
15. “Prezident İlham Əliyevin Azərbaycanın inkişafının strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” adlı kollektiv monoqrafiyanın, İnstitutun baş direktoru fəlsəfə elmləri doktoru, professor Məmmədzadə İlham Ramiz oğlu və “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Həsənov Sənan Səməndər oğlunun həmmüəllifliyi ilə “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi” adlı monoqrafiyanın və İnstitutun icraçı direktoru, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mədətli Eynulla Yadulla oğlunun “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər “yolu”” adlı kitablarının təqdimatı, 24 dekabr 2021.

3 ümuminstitut seminarı keçirilmişdir:

1. “Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda onlayn seminar, 18 iyun, 2021.
2. Məşhur alim Lütfü Zadənin Anım Gününə həsr edilmiş "Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və müasir fəlsəfənin aktual problemləri" mövzusunda elmi seminar, 16 sentyabr, 2021.
3. “Süni intellekt, virtual laboratoriyalar və fəlsəfə” mövzusunda elmi seminar, 28 oktyabr, 2021.
Bundan əlavə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım mərasimi (19 yanvar, 2021), 8 Martq Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir (5 mart 2021), 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə (11 iyun, 2021) tədbirləri göstərmək olar.
XARİCDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSLARDA 34 əməkdaşımız məruzələrlə çıxış etmişdirlər, onlardan “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin əməkdaşları 22, “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsinin əməkdaşları 13, «Etika» şöbəsinin əməkdaşları 13, , «İslam fəlsəfəsi» şöbəsinin əməkdaşları 7, “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin əməkdaşları 7, “Sosiologiya” şöbəsinin əməkdaşları 6, «Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi» şöbəsinin əməkdaşları 5, “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin əməkdaşları 4, “Beynəlxalq əlaqələr” şöbəsinin əməkdaşı 4, “Estetika” şöbəsinin əməkdaşları 3, “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin əməkdaşları 2, “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri”, “Müasir fəlsəfə problemləri”, “Sosial psixologiya” şöbəsinin əməkdaşları və “İdrak nəzəriyyəsi” şöbəsinin doktorantı 1 məruzə ilə cıxış etmışdirlər.
1.15 ELMI KADRLARIN HAZIRLANMASI
Hazırda İnstitutda 221 əməkdaş çalışır, o cümlədən 146-ı elmi işçidir. Onlardan 26-ı elmlər doktoru, 63 nəfər isə fəlsəfə doktorlarıdır.
Cari ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” ixtisas-laşması üzrə magistrantı Zalova Ülkər Eldar qızı təhsilini bitirmiş və magistrlik dissertasiyasını müvəffəqiyyətlə müdafiyə etmişdir.
2021-ci ildə Fəlsəfə və Sosiologiya İnstitutunun doktorant və dissertantları tərəfindən 5 elmlər doktorluğu dissertasiyası və 4 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Ümumiyyətlə Fəlsəfə və Sosiologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında 2021-ci ildə 5 elmlər dotorluğu və 12 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.