Müasir və qüdrətli Azərbaycanın banisi
Günel MƏLİKLİ,
AMEA-nın YAP İdarə Heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Əsasını Heydər Əliyevin qoyduğu strategiya bu gün reallığa çevrilib. Ölkəmizin əldə etdiyi nailiyyətlər, müstəqilliyimizin daha da möhkəmlənməsi təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran ulu öndər Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasəti sayəsində mümkün olub. Başqa sözlə, Ümummilli Lider bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Xalqımızın XX əsrin sonunda və üçüncü minilliyin əvvəlində həyatın ən müxtəlif sahələrində qazandığı nailiyyətlər məhz bütün şüurlu ömrünü Vətənə xidmətə həsr edən ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır.
Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqımıza ünvanladığı müraciətdə deyirdi: "...bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib". Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar yenicə müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Naxçıvanda sosial-iqtisadi vəziyyətin normallaşdırılması sahəsində mühüm nailiyyətlər əldə edilmiş, muxtar respublika ilə İran və Türkiyə arasında sıx iqtisadi və mədəni əlaqələr yaradılmışdı. Xüsusilə, Naxçıvan və Türkiyə arasında Sədərək körpüsünün tikilib istifadəyə verilməsi blokada şəraitində yaşayan muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən məsələ idi.
Azərbaycan xalqı, onun ziyalıları, elm, mədəniyyət xadimləri yaranmış böhranlı vəziyyətdən çıxış yolunu, ölkənin etibarlı gələcəyini dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında görür və bütün ümidlərini bu görkəmli şəxsiyyətə bağlayırdılar. Bu məqsədlə, Azərbaycanın vətənpərvər ziyalıları 16 oktyabr 1992-ci il tarixli "Səs" qəzetində Heydər Əliyevə müraciət edərək respublikadakı vəziyyətin ağırlığını və AXC-Müsavat hakimiyyətinin apardığı naşı, avantürist siyasətin nəticəsində ölkəmizin ağır təhlükələrlə qarşılaşdığını böyük həyəcanla ifadə etdilər.
Onlar ölkəni düşdüyü bəlalardan xilas edə biləcək və özündə xalqımızın bütün təbəqələrini birləşdirəcək siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirməklə bu siyasi quruma məhz Heydər Əliyevin rəhbərlik etməsini təkid etdilər. Müraciətdə yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq liderin məhz Heydər Əliyevin olduğu açıq şəkildə bəyan edilirdi. Bu müraciətə cavab olaraq Heydər Əliyev Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ münaqişəsinin tezliklə həll edilməsi, sosial-iqtisadi böhranın dərinləşdirilməsinin qarşısının alınması, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda mühüm addımların atılması, qanunun aliliyinin qorunması, Azərbaycanın parçalanmasına yönəlmiş separatizm meyillərinin qarşısının alınmasının zəruri olduğunu bildirdi.
Azərbaycan xalqı öz müdrik oğlu Heydər Əliyevi ən yüksək kürsüyə seçməklə müstəqillik erasına doğru özünün ən qətiyyətli addımını atdı. Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın əksəriyyətinin səsini qazandı və oktyabrın 10-da, andiçmə mərasimindən sonra öz səlahiyyətlərinin icrasına başladı. 1993-cü il noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev televiziya və radio vasitəsilə Azərbaycanın düçar olduğu fəlakətlərin, vətənimizin düşməndən müdafiəsi sahəsində yaranmış ağır vəziyyətin səbəblərini dərindən təhlil etdi. Azərbaycanın bu ağır vəziyyətdən çıxarılması üçün hamını ayağa qalxmağa, var qüvvə ilə orduya kömək göstərməyə, döyüşkənlik və intellektual potensiallarından səmərəli istifadə etməyə çağırdı. Heydər Əliyevin xalqa bu müraciəti döyüş əməliyyatları zonasında əsaslı dönüşün başlanğıc nöqtəsi oldu. Çox keçmədi ki, Azərbaycan silahlı qüvvələri Füzuli rayonunun Horadiz yaşayış məntəqəsi istiqamətində erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbələr endirdi. Nəticədə bu istiqamətdə işğal olunmuş 20-dən çox kənd azad edildi.
Horadiz əməliyyatı Azərbaycan ordusunun Qarabağ müharibəsi dövründə qazandığı ən böyük qələbə idi. Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi qarşı tərəfi işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin may ayının 12-də Ermənistan prezidenti atəşkəs haqqında sazişin imzalamasına razılıq verməli oldu. Atəşkəsin əldə olunması Azərbaycana bərpa şansı qazandırdı və çox qısa vaxt ərzində ölkədə ictimai-siyasi sabitlik yaratmaq, iqtisadi böhranı aradan qaldırmaq mümkün oldu. Heydər Əliyevin qısa müddət ərzində respublikada sabitlik yaratması, vətəndaş müharibəsinin qarşısının alınması, dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi xarici ölkələrdə özünə sığınacaq tapmış hakimiyyət hərislərini çox narahat edirdi. Öz bəd niyyətlərini həyata keçirmək üçün onlar respublika daxilində sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa çalışırdılar. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri məhz xarici qüvvələrdən dəstək alan daxildəki düşmənlərin məkrli planlarının nəticəsi idi.
1994-cü ilin oktyabr hadisələri zamanı Heydər Əliyev öz çıxışlarının birində qeyd etmişdir: "Biz humanistik, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik. İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışırıq. Ancaq gərək insan da dövlətin qanunlarına əməl etsin. Dövlətin qanunlarına riayət etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik. Bu müddətdə keçdiyimiz dövrdə, təəssüf ki, belə hallara yol verilmişdir. Oktyabr hadisələri göstərdi ki, bunlara yol vermək mümkün deyildir. Şəxsiyyətindən, keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq hər kəs qanuna tabe olmalıdır. Qanunun aliliyi hamı üçün eyni olmalıdır - adi vətəndaş üçün də, vəzifəli şəxs üçün də, prezident üçün də. Mən də qanunun aliliyi keşiyində duracağam".
Bu illərdə Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi istiqamətində bir sıra mühüm addımlar atıldı. Dünyanın 14 ölkəsinin 32 neft şirkəti ilə imzalanmış 21 müqavilə üzrə ölkəmizə 60 milyard ABŞ dolları həcmində investisiya daxil olacağı planlaşdırıldı. Təkcə bir faktı qeyd edək ki, 90-cı illərin sonlarında "Əsrin müqaviləsi" üzrə razılaşmalardan Azərbaycanın gəliri 900 milyon dolları keçmişdir.
1995-ci il may ayının 2-də Azərbaycan Respublikası Milli Məclisin qərarı əsasında Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası yaradıldı. Komissiyanın tərkibinə Azərbaycanın görkəmli dövlət xadimləri və hüquqşünasları, müxtəlif ictimai-siyasi təşkilatların üzvləri, elm və mədəniyyət xadimləri daxil edildi. Yeni Konstitusiya müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu yolunda tutduğu strateji yolun hüquqi təsisatlarını yaratdı. Konstitusiyanın ana xəttini xalqın və onun dövlətinin ümumi mənafeyi, xalqın iradəsi və dövlətin suverenlik hüququ, dövlətçiliyin mütləq üstünlüyü və əhalinin hüquqi təminatı təşkil edir. Dövlətlərin idarə olunmasında həmişə mübahisəli məsələ olan hakimiyyət bölgüsü ilə bağlı yeni Konstitusiyadakı müddəalarda respublikamızın reallıqları, demokratik inkişaf yolu, siyasi plüralizm, siyasi sistemdə baş verən dəyişikliklər, çoxpartiyalılıq və s. beynəlxalq təcrübələr nəzərə alındı. Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasından sonra dövlətimizin müəyyənləşdirdiyi perspektiv vəzifələrdən biri də Avropaya inteqrasiya prosesinin sürətləndirilməsi oldu. Çünki iqtisadi və siyasi azadlıq, daxili sabitlik hələ dövlətimizin suveren bir siyasi təsisat olaraq özünütəsdiqinə imkan verən əsas faktların yalnız bir hissəsini təşkil edirdi və həyata keçirilməsi vacib amillər sırasında beynəlxalq birliyə inteqrasiya heç də onlardan az əhəmiyyət kəsb etmirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması ölkəmizin diplomatik mübarizə müstəvisində daha fəal olmasını tələb etdiyindən Avropa Şurasına üzvlüyün əhəmiyyəti artmışdı. Ermənilərin uzun müddətdən bəri başladığı kampaniya problemin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyətin yanlış şəkildə məlumatlandırılmasına gətirib çıxarmışdı.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etdi. O, intellektual əsaslarda yeni demokratik modern cəmiyyət formalaşdırdı, "neft kapitalını intellektual kapitala çevirək" devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi, Azərbaycanın gələcək inkişafını təmin etdi.
Azərbaycan 30 ildən sonra torpaqların işğaldan azad etdi, doğma torpaqlarına qovuşdu. Qarşıda ölkə iqtisadiyyatını inkişaf etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şərəfli missiya dayanır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanı yeni zirvələrə dogru aparmaqdadır.
"Respublika" qəzeti,
№269 (7165)
11.12.2021