10.12.2021, 12:54 - Baxış sayı: 634

Fəlsəfə və Sosiologiya İnstitutunda Polşa Respublikasının Jeşov Universiteti arasında saziş imzalanlıb


Fəlsəfə və Sosiologiya İnstitutunda Polşa Respublikasının Jeşov Universiteti arasında saziş imzalanlıbDekabrın 9-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Polşa Respublikasının Jeşov Universitetinin professoru Dariuş Popek və Polşanın Azərbaycandakı səfirliyinin I müşaviri Bartoş Musyaloviç ilə görüş keçirilib.
Görüşdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə qonağı Fəlsəfə və Sosiologiya İnstitutunda görməkdən məmnunluğunu ifadə edib. İnstitutun elmi fəaliyyəti ilə qonağa geniş məlumat verən İ.Məmmədzadə rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti barədə danışıb.
Gələcəkdə elmi-mədəni əlaqələrin daha da genişlənməyindən danışan professor Jeşov Universiteti ilə elmi əməkdaşlığın hər iki tərəfə faydalı oldacağını bildirib və Polşa Fəlsəfə İnstitutunun fəaliyyəti, yeni tədqiqat istiqamətləri və birgə planlaşdırılan konfrans və monoqrafiyalar haqqında məlumat verib.
Qonaqpərvərlik üçün minnətdarlığını bildirən Dariuş Popek Fəlsəfə və Sosiologiya İnstitutu ilə təmsil etdiyi müəssisənin birgə elmi əlaqələrini yüksələn xətlə inkişf etdirəcəyini bildirib.
Görüşdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Polşa Respublikasının Jeşov Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Fəlsəfə və Sosiologiya İnstitutunda Polşa Respublikasının Jeşov Universiteti arasında saziş imzalanlıb