19.11.2021, 12:26 - Baxış sayı: 368

Professor İlham Məmmədzadə Rusiya Fəlsəfə İnstitutunun yubileyinə həsr olunmuş beynəlxalq konfrasda iştirak edib


Professor İlham Məmmədzadə Rusiya Fəlsəfə İnstitutunun yubileyinə həsr olunmuş beynəlxalq konfrasda iştirak edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə 18-19 noyabr 2021-ci il tarixlərində Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun 100 illik yubileyinə həsr olunmuş “Fəlsəfə və Cəmiyyət: Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun 100 illiyi” adlı beynəlxalq onlayn konfrasda iştirak edib.
Bir çox xarici ölkə filosoflarının iştirak etdiyi və iki gün davam edən konfrasın birinci günü professor İlham Məmmədzadə çıxış edərək təbrik nitqi söyləmişdir. Konfrasın ikinci günü isə “AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əlaqələri və Azərbaycanda fəlsəfənin inkişafının bəzi tendesiyaları haqqında” adlı məruzə ilə çıxış edən İlham Məmmədzadə Rusiya Elmlər Akademiyasının AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə əlaqələrindən, elmi əməkdaşlıqlarından, bu günə kimi görülmüş və elmi sahədə görüləcək birgə əməkdaşlıq barədə çıxış etmişdir.
Konfransda iştirakına və çıxışına görə Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Andrey Smirnov professor İlham Məmmədzadəyə minnətdarlığını bildirmişdir.
Bundan başqa, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun böyük elmi işçisi Mariya Solopova da Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadəyə çıxışına görə təbrik məktubu ünvanlayıb.
Professor İlham Məmmədzadə Rusiya Fəlsəfə İnstitutunun yubileyinə həsr olunmuş beynəlxalq konfrasda iştirak edib
Mezhdunarodnaya-nauchnaya-konferenciya_itog.pdf [848,19 Kb] (Yüklənib: 16)