Akademik Ramiz Mehdiyev prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin həyata keçirilməsinə şərəflə xidmət göstərir
Günel MƏLİKLİ,
AMEA-nın YAP İdarə Heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Akademiyada İnnovasiya Fondunun yaradılması akademik elmin tətbiq sahələrinin genişləndirilməsinə şərait yaradır. Bundan başqa, Akademiyada keçirilən struktur islahatları bu elmi qurumun fəaliyyətinin daha da müasirləşdirilməsinə yol açır. Eyni zamanda, son vaxtlarda Akademiyada elmi-mənəvi mühitinin də sağlamlaşdırılması, şəffaflığın təmin olunması istiqamətində aparılan işlər də bu elmi qurumun normal fəaliyyətinə, nüfuzunun artırılmasına hesablanmışdır.
Son illərdə Akademiyada aparılan elmi-tədqiqat işlərinin ölkəmizdə gedən dövrlər quruculuğu prosesləri ilə əlaqələndirilməsinə diqqətin daha da artırlması da akademik Ramiz Mehdiyevin bu ali quruma rəhbərliyi dövrünə aid xarakterik xüsusiyyətlərdəndir. Artıq AMEA-nın ayrı-ayrı elmi-tədqiqat instrukturlarının müxtəlif dövrlər qurumları ilə nazirlik və komitələrlə imzaladıqları müqavilələrin işığında əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.
Azərbaycanın ictimai-siyasi həyatında böyük idarəçilik təcrübəsi olan görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyev AMEA-ya prezident seçildikdən sonra akademiya yeni inkişaf mər hələsinə qədəm qoyub. Akademik Ramiz Mehdiyev AMEA-nın fəaliyyətini dövlətçiliyinin daha da güclənməsinə, ölkəmizin uğurlu inkişafına yeni töhfələr verməsinə, Prezident İlham Əliyevin siyasi kursunun əməli işlə dəstəklənməsinə istiqamətlənməli olmasını çıxışlarında vurğulamışdır.
“AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” prioritetlərin müəyyən edilməsi, struktur islahatların aparılması, elmin nailiyyətlərinin təkmilləşdirilməsi kimi məsələləri əhatə edir. Tədqiqat potensialını artırmaq ən yaxşı alimlərin cəlb edilməsini təmin etmək, innovativ yanaşmanı inkişaf etdirmək və dünya səviyyəsinə qaldırmaq akademiya vəzifələrinə daxildir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası yaradıcı alimləri birləşdirən, maarifləndirici innovasiya müstəvisinə çevrilmişdir. AMEA çox güclü motivasiya keyfiyyətinə malikdir, alimi hərəkətə, mübarizə aparmağa və hər dəfə öz şəxsiyyətinin mövcud olmaq haqqını sübut etməyə məcbur edir.
Prezident İlham Əliyevin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Təsadüfi deyil ki, AMEAda çalışan alimlər prezident İlham Əliyevin idarəçilik dövrünü elmin yeni inkişaf mərhələsi kimi qiymətləndirir və tədqiq edirlər.
Dövlət idarəetmə sisteminin ideoloji blokunda Ramiz Mehdiyevin keçdiyi çətin, məsuliyyətli və şərəfli yol həyatını dövlətçilik sahəsinə həsr etmiş bir insanın gənclər təşkilatının ən adi əməkdaşından məsul partiya işçisinə, ideoloji katib, Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə qədərki bütün çətinliklərini və üstünlüklərini özündə canlı şəkildə əks etdirir.
O, 1962-1963-cü illərdə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin komsomol təşkilatının katibi və ümumuniversitet komsomol komitəsi katibinin müavini vəzifələrində tələbə gənclərlə iş təcrübəsi əsasında ideya-siyasi iş aparmağın yollarını və vasitələrini öyrənmişdir. Bakı Dövlət Universitetinin tələbəsi ikən 1965-ci ildə Azərbaycan Gənclər İttifaqının Tələbə Gənclər Şöbəsinin təlimatçısı Ramiz Mehdiyev qısa müddətdən sonra Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilmişdir.
Naxçıvan Vilayət Komsomol Komitəsində çalışdığı 1967-1968-ci illər onun üçün mühüm həyat məktəbinə çevrilmişdir. 1968-ci ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiran turasına qəbul olmuş, burada tanınmış filosoflardan dərs almış və 1972-ci ildə həmin ali məktəbin nüfuzlu Müdafiə şurasında millətlərarası münasibətlərin nəzəri məsələlərinə həsr olunmuş namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi qazanmışdır.
Azərbaycan Dövlət Universitetində müəllim kimi çalışdığı 1972-1974-cü illərdə də Ramiz Mehdiyev cəmiyyət həyatının aktual məsələlərinə həsr edilmiş tədqiqatlarla məşğul olmuşdur. Bakı şəhərinin Rayon Partiya Komitəsində 1978-1980-ci illərdə birinci katib vəzifəsində Ramiz Mehdiyev özünü əsl partiya işçisi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət xadiminin çoxillik səmərəli fəaliyyəti haqqındakı sözləri müstəqil dövlət qarşısındakı məsuliyyətli borcunun icrasına verilmiş yüksək siyasi qiymətin ifadəsidir: “Siz uzun illərdir ki, dövlət qulluğunda fəaliyyət göstərirsiniz. 70-80- ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işləmisiniz. Ulu öndə rimiz müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətə başlayandan sonra onun ilk təyin etdiyi şəxslərdən biri də Siz olmuşsunuz. O vaxtdan bu günə qədər Azərbaycanın dövlət quruculuğunda çox fəal iştirak etmisiniz və bu fəaliyyətinizi indi də davam etdirirsiniz… Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Prezidentin İcra Aparatının rəhbəri kimi siz ölkəmiz üçün çox vacib funksiyanı icra edirsiniz”.
Akademik Ramiz Mehdiyev çoxillik zəngin elmi təcrübəsi xidmətlərinə görə 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.O, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi bir sıra fundamental fəlsəfi tədqiqat əsərləri meydana qoymuşdur. Akademiyanın çap etdirdiyi bir çox sanballı elmi əsərlər, o cümlədən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş iri həcmli “Müstəqillik yollarında” kitabı akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu və sanballı giriş məqaləsi ilə hazırlanıb elmi ictimaiyyətə çatdırılmışdır.
Akademik Ramiz Mehdiyev haqqında AMEA-nın vitse-prezidenti akademik, İsa Həbibbəylinin fikirlərini qeyd etmək istəyirəm: “Dövlətçilik fəaliyyətini cəmiyyət həyatı ilə üzvisurətdə əlaqələndirmək, hətta həyatda gedən prosesləri qabaqlamaq bacarığı dövlətçilik nərdivanını addım addım qalxan Ramiz Mehdiyevi xarakterizə edən əsas cəhətlərdəndir. O, böyük məharətlə cəmiyyət həyatını dövlət işinin nəbzi üstündə kökləməyi bacarır. Məsələnin bu cəhəti dövlət işinə də, cəmiyyət həyatının inkişafına da fayda gətirir. Cəmiyyətdə gedən prosesləri canlı həyatla, dövlət işini zəngin təcrübə ilə və bunların hamısını böyük fəlsəfənin, elmin qanunauyğunluqları ilə uzlaşdırmaq dövlətçilik fəaliyyətində olduğu kimi, Ramiz Mehdiyevin elmi fəaliyyətinin də cövhərini təşkil edir. O, böyük elmdə milli dövlətçilik və cəmiyyətşünaslıq fəlsəfəsinin əsaslarını yaradan görkəmli nəzəriyyəçi alim kimi qəbul olunur.”
17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Akademik ordenin təqdimat mərasimində özünün bütün uğurlarına görə, mərhum Heydər Əliyevə borclu olduğunu deyib. “Ola bilsin, mən nadir insanlardan biriyəm ki, çox xoşbəxtəm. O mənada ki, birincisi, mən möhtərəm prezident Heydər Əliyevlə uzun illər çalışmışam və mənim bütün fəaliyyətimdə, ümumiyyətlə həyatımda Heydər Əliyevin rolu çox böyük olub. Demək olar ki, Heydər Əliyevin dövlətçilik təfəkkürü, dövlətçilik məktəbi, ümumiyyətlə prinsipləri, onun dünyaya baxışı – bütün bunlar mənim üçün böyük bir məktəb olub. Mən bu illər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam və bacardığımı etmişəm. Çalışmışam ki, onun etimadını doğruldum”. Akademik Ramiz Mehdiyev qeyd edir ki, Prezident İlham Əliyev nadir şəxsiyyətdir. Onun simasında həm islahatçı, həm sabitliyin, həm də daxili siyasi tarazlığın saxlanması amili cəmləşibdir.
Görkəmli filosof, akademik Ramiz Mehdiyevin “Elimizin və dövlətimizin xilaskarı”, “Ümum milli lider, tarixin sınağı və həqiqət anı”, “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin qurulması prosesi”, “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Tariximizin Heydər Əliyev dövrü”, “Azərbaycan tərəqqi və azadlıq yolunda”, “Dövlət idarəçiliyi nəzəriyyəsi və praktikasına Heydər Əliyevin töhfəsi”, “XX əsrin sonunda millətlərarası münasibətlər”, “Azərbaycanın inkişaf dialektikası”, “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “XXI əsrdə milli dövlətçilik: Demokratik inkişaf və müxalifət”, “Fəlsəfə”, “Azərbaycan: qloballaşma dövrünün tələbləri”, “Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri”, “Azərbaycan: küreselleşmenin talepleri” (türk dilində, İstanbul), “2005-ci il parlament seçkiləri: ilkin təhlil” (azərbaycan və rus dilində), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə”, “Demokratiya yolunda: irs haqqında düşünərkən”, “Yeni siyasət: inkişafa doğru”, “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti”, “Modernləşmə xətti yenə də gündəlikdədir”, “Azərbaycan – 2003–2008: zaman haqqında düşünərkən”, “Fəlsəfə” , “İctimai və humanitar elmlər: zaman kontekstində baxış”, “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində”, “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti: Dünya nizamından “nizamsızlığa” doğru”, “İkili standartların dünya nizamı və müasir Azərbaycan”, “Tarixi idrakın elmiliyi problemlərinə dair”, “Yeni dünya nizamı və milli ideya”, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”, “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran lider” və sair əsərləri qiymətli elmi dəyərə malikdir.
Akademik 1980, 1986-cı illərdə “Qırmızı Əmək Bayrağı” ordeni, 2008–ci ildə “İstiqlal” ordeni, “Dostluq” ordeni, 2011–ci ildə Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı, 2013-cü ildə “Şərəf” ordeni, 2018-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə Heydər Əliyev ordeni ilə mükafatlandırılmışdır.
Akademik Ramiz Mehdiyev bu gün AMEA-nın qarşısında tamamilə yeni vəzifələrin dayandığını və bu vəzifələrin dünya elminin inkişaf meyllərindən, eləcə də ölkənin strateji inkişaf istiqamətlərindən irəli gəldiyini söyləmişdi. Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Milli Elmlər Akademiyasında keçirilməkdə davam edən islahatlar Azərbaycan elminin fundamental-nəzəri səviyyəsinin daha da yüksəldilməsinə, praktik-tətbiqi imkanlarının yüksəldilməsinə xidmət edir.
Akademiya illərlə formalaşmış ənənələri ləyaqətlə davam etdirməklə yanaşı, elmdə innovasiya üçün, yeni texnologiyaların tətbiqi, mütərəqqi ideyaların reallaşdırılması üçün də daim açıqdır. Yaşadığımız yeni minillik təkcə yeni tələblər irəli sürməklə kifayətlənmir, həm də təhsil sahəsində fəaliyyət üçün yeni imkanlar təqdim edir. Gündən-günə genişlənən beynəlxalq və regional əməkdaşlıq əlaqələri bir daha onu göstərir ki, AMEA sürətlə innovasiyaların inkişaf etdiyi, yeni texnologiyalar yaradan və elmin yeni sahələrini araşdıran, təkcə Azərbaycanda deyil, Qafqaz regionunda yeni sosial mühit formalaşdıran mərkəzə çevrilir.
Akademik Ramiz Mehdiyev prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş, məqsədyönlü və müstəqil siyasətin dönmədən həyata keçirilməsinə şərəflə xidmət göstərir. Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində böyük məsuliyyətlə addımlamaqda davam edir.