20.09.2021, 12:03 - Baxış sayı: 407

“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı keçirilib - VIDEO


Sentyabrın 14-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimat mərasimi keçirilib.
Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbir AMEA-nın İctimai Elmlər Bölməsi və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.