15.09.2021, 10:10 - Baxış sayı: 567

Gənc alim Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı keçirilib

Gənc alim Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı keçirilibSentyabrın 14-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimat mərasimi keçirilib.
Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbir AMEA-nın İctimai Elmlər Bölməsi və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elmi qədim tarixi köklərə və zəngin ənənələrə malikdir və ötən əsrin birinci yarısından başlayaraq isə Azərbaycan Milli Elmlər Akademiyası öz genişmiqyaslı fəaliyyəti ilə bu ənənələri daha da inkişaf etdirərək elmimizin dünyada tanınmasında mühüm rol oynayıb. AMEA-nın yaranmasının Azərbaycan tarixinin əlamətdar hadisələrindən biri olduğunu deyən akademik İsa Həbibbəyli Akademiyanın tarixi ilə bağlı bu günə kimi bir sıra tədqiqatların aparıldığını, nəşrlərin işıq üzü gördüyünü söyləyib. Qeyd edib ki, ötən dövr ərzində aparılan tədqiqatlarda AMEA-nın təşəkkülü prosesi Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətindən, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılmasından götürülüb, lakin ilk dəfə gənc alim Günel Məlikli tərəfindən Akademiyanın təşkili işi Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə əlaqələndirilərək oxuculara təqdim olunur.
Gənc alim Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı keçirilibOnun sözlərinə görə, müəllif kitabda Böyük Vətən Müharibəsi dövründə Azərbaycan alimlərinin uğurlarına diqqət çəkib, o cümlədən Yusif Məmmədəliyev tərəfindən yüksək oktanlı benzinin məhz Akademiyanın laboratoriyalarında yaradıldığını vurğulayıb və bunu AMEA-nın zəngin fəaliyyəti ilə əlaqələndirib.
Yeni nəşrdə AMEA-nın institutları ilə bərabər, digər ictimai təşkilatlarının da araşdırılaraq oxuculara təqdim olunduğunu deyən akademik İsa Həbibbəyli gənc alimin belə bir əsərə müraciət etməsini yüksək qiymətləndirib, müəllifin kitabın hazırlanması zamanı müdriklik və cəsarət nümayiş etdirdiyini söyləyib.
Gənc alim Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı keçirilibSonra çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bu gün Azərbaycan elminin dünya elmi ilə qarşılıqlı əlaqəsinin güclənməsinin vacibliyinə diqqət çəkib, gənc tədqiqatçının elmi cəsarəti nəticəsində belə bir fundamental əsərin ortaya çıxdığını vurğulayıb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva isə xalqımızın əsrlər boyu İslam və dünya sivilizasiyasına mühüm töhfələr verdiyini, zəngin mədəni və elmi irs yaratdığını bildirib. Qeyd edib ki, yazılan kitablar, əsərlər Azərbaycan xalqının sərvətidir və mənəvi, elmi irsimizi qoruyub saxlamalı, dünyada təbliğ etməliyik və bu işdə alimlərin üzərinə böyük məsuliyyət düşür.
Gənc alim Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı keçirilibTəqdimat mərasimində çıxış edən “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının müəllifi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli ölkəmizdə milli rifahın və ictimai fikrin güclənməsində AMEA-nın böyük xidmətləri olduğunu deyib. AMEA-nın yaranma tarixinə nəzər salan Günel Məlikli alimlərimizin mühüm tədqiqatları və ixtiraları, eləcə də nüfuzlu əsərləri ilə elmimizin dünyada məşhurlaşmasında mühüm rol oynadıqlarını söyləyib. O, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı tarixi xidmətlərindən və onun layiqli davamçısı Prezident İlham Əliyevin elmimizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətindəki fəaliyyətindən söz açıb.
Təqdimat mərasimində, o cümlədən tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktorları Adil Əsədov, Sakit Hüseynov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək Akademiyanın Azərbaycanın həyatında müstəsna rol oynadığını söyləyib, yeni nəşrin müsbət məziyyətlərinə toxunaraq, əsərin xarici dillərə tərcüməsinin vacibliyini bildiriblər.
Sonda akademik İsa Həbibbəyli tərəfindən gənc müəllifə elm tariximizin tədqiqi və təbliğindəki səmərəli fəaliyyətinə görə, AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı təqdim olunub.
"Science.gov.az"