28.08.2021, 11:02 - Baxış sayı: 348

Professor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib


Professor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib28 avqust 2021-ci il tarixində Özbəkistan Milli Universitetinin təşkilatçılığı ilə Özbəkistan Respublikasının dövlət müstəqilliyinin 30 illiyinə həsr olunmuş onlayn şəkildə "Özbəkistanın müstəqil inkişaf yolu: tarixdən dərslər və gələcəyin perspektivləri" mövzusunda elmi praktik konfrans keçirilib. Konfransa Rusiya, Fransa, Tacikistan, Azərbaycan və digər ölkələrin alimləri qatılıblar. Konfransda ölkəmizi təmsil edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə təbrik nitqi ilə çıxış edərək ölkələrimiz arasında elmi əməkdaşlıq sahəsində görülən işlərdən və bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. Elmi əməkdaşlığın daha da artan xətlə davam edəcəyini bildirən professor, konfransın işinə uğurlar arzulayıb.