26.08.2021, 17:20 - Baxış sayı: 368

Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi PartiyaTəşkilatının çoxsaylı alim-ziyalı heyəti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib


Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi PartiyaTəşkilatının çoxsaylı alim-ziyalı heyəti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edibXalqımızın xeyirxahlıq və mərhəmət ənənəsini yaşadan görkəmli dövlət və ictimai xadim!
Biz minilliklər boyu ədiblərimizin bizə əmanət etdiyi yüksək insani - hümanist ənənələrimizin yaşadılmasına və xalqımızın mənəvi xəzinəsinin zənginləşməsinə verdiyi tövhənin örnək olduğu ilə fəxr etmişik. Böyük millət, güclü dövlət anlayışı həmişə bu dəyərlərin bəşəriyyətdə özünəməxsusluğu ilə təsdiqini tapmışdır. Xalqımızın taleyinə bəxş edilən ən böyük xoşbəxtliklərdən biri belə nəcib arzulardan doğan milli təəssübkeşliyimizə və milli qürur hissimizə dəyər verən onu canından əziz tutan, sözdə və əməldə Azərbaycan xalqının mənəvi paklıq, sədaqət, mərhəmət nümunəsini yaradan Mehirban Əliyeva şəxsiyyətində və təfəkküründə cəmləşməsindədir. Bütün bunların fonunda ölkəmizin taleyüklü problemlərinin həllində Prezident İlham Əliyevin silahdaşı, Azərbaycan Respublikasının I vitse-prezidenti və saysız hesabsız xeyirxah missiyaların daşıyıcısı Mehriban Əliyevanın həyat amalı və potensial imkanları onun varlığı ilə çalışdığı sülhə, əminamanlığa, xeyirxah əməllərin örnək olmasına səfərbər edilmişdir. Bu gün milyonlarla insanların həyatına sevinc bəxş edən, güvənc, ümid çırağı yandıran Mehriban xanım Əliyevanın dünyaya etdiyi çağırışlar həm də bəşəriyyətin sağlam ruha və mənəviyyata köklənməsi üçün örnəkdir. Ulu öndər Heydər Əliyev ideyalarından güc və qüvvət alan sabitlik, inkişaf, tərəqqi və Zəfər səlnaməsi bu xoşməramlı fəaliyyətin yazdığı şərəfli tariximizdir.
Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi PartiyaTəşkilatının çoxsaylı alim-ziyalı heyəti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir və Azərbaycanın çiçəklənməsi naminə genişmiqyaslı fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.