24.08.2021, 10:26 - Baxış sayı: 267

Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini beynəlxlaq konfransda çıxış etmişdir


Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini beynəlxlaq konfransda çıxış etmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli 31 iyul 2021-ci il tarixində Ankarada Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKSAM) “Kəşmir məsələsi – vaxt bitmişdir” (Kashmir issue!) beynəlxalq konfransda videformatda iştirak və çıxış etmişdir. Konfransda “Kəşmir məsələsinin tarixi kökləri” mövzusunda çıxış edən E.Mədətli orta əsrlərdən üzü bəri Kəşmirdə gedən prosesləri geniş şərh etmiş, o cümlədən 2002-2010-cu illərdə Pakistanda ölkəmizin səfiri olaraq çalışdığı illərdə Kəşmirə, xüsusilə də Pakistanla Hindistan arasında Kəşmirdəki “Nəzarət xəttinə” səfərlərini yada salmış, 2005-ci ilin oktyabrındakı dağıdıcı zəlzələdən sonra Heydər Əliyev Fondunun Kəşmirdə inşa etdirdiyi məktəb və həyata keçirilən digər layihələr barəsində məlumat vermişdir. Çıxışının sonunda ölkəmizin Kəşmir məsələsində Pakistanın mövqeyini daim dəstəklədiyini vurğulayan E.Mədətli 44 günlük Vətən müharibəsində qardaş Türkiyə ilə yanaşı qardaş Pakistan hökuməti və xalqının siyasi-mənəvi dəstəyini minnətdarlıqla qeyd etmişdir.
Konfransda 18 ölkədən 59 məruzəçinin qatıldığını bildirən ANKSAM sədri prof. Dr. Mehmet Seyfəddin Erol Eynulla Mədətliyə təşəkkür məktubu göndərmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini beynəlxlaq konfransda çıxış etmişdir