02.08.2021, 11:41 - Baxış sayı: 1849

Akademik Ramiz Mehdiyev gənc alim Günel Məliklini qəbul edib


Akademik Ramiz Mehdiyev gənc alim Günel Məliklini qəbul edibAzərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının müəllifi Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, s.e.ü.f.d. Günel Məliklini qəbul edib, xoş təəssuratlarını bölüşmüşdür.
Görüşdə akademik Ramiz Mehdiyev Günel Məliklinin yazdığı “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabını çox yüksək qiymətləndirərək kitabın elm adamları üçün yeni töhfə olduğunu qeyd etmiş, kitabın ərsəyə çatdırılması böyük əziyyət, vaxt və gərgin əmək tələb etdiyini vurğulamışdır.
Akademik öz fikirlərini davam etdirərək kitabda ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin apardıqları uğurlu siyasət, onların elmin inkişafina ayırdığı diqqətin yüksək səviyyədə əks olunduğunu qeyd etmişdir. Daha sonra akademik Ramiz Mehdiyev Günel Məlikliyə öz məsləhətlərini verərək, onun gələcəkdə də ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin apardığı siyasətin araşdırılmasına önəm verməsini tövsiyyə etmişdir.
Sonda akademik Ramiz Mehdiyev AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun son illər böyük uğurlar əldə etdiyini qeyd edərək, institut haqqında öz fikirlərini bildirmişdir.