16.07.2021, 09:10 - Baxış sayı: 544

Müstəqilliyə gedən yol: Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar (1969-1982)


Müstəqilliyə gedən yol: Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar (1969-1982)I məqalə

XX əsrin son əlli ilini Azərbaycanda, postsovet məkanında, eləcə də dünya miqyasında gedən proseslər baxımından Heydər Əliyev şəxsiyyətindən və siyasi fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildir. Heydər Əliyev müdrikliyi və siyasi uzagörənliyi haqqında dünyanın siyasi liderlərindən sadə insanlarınadək müxtəlif fikirlər söyləməkdədirlər. Çünki siyasi təlatümlərlə dolu olan XX əsrdə ömrünün 50 ilini dövlət idarəciliyi məktəbinin lideri olaraq siyasi proseslərin ən qaynar nöqtəsində yaşamışdır. Dahi şəxsiyyətin cox önəmli cəhəti onun siyasət nəhəngi olaraq həyata keçirdyi planların uzun tarixi zamanlarda gerçəkliyə cevrilməsi ilə səciyyələnir.
Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı uzanan qara əllər XX əsrdə daha da aqressivləşmişdir. Bu zaman ən çətin tarixi vəzifənin məhz Heydər Əliyevin üzərinə düşdüyünü anlamaq cətin deyidir. Sovet bürokratizm maşınının tüğyan etdiyi zamanda vətən, millət sevgisini nəinki qorumağı, onu həyat amalına cevirməyi yalnız siyasi müdrikliyə malik iradə sahibi edə bilərdi. Məhz Heydər Əliyevin nurlu zəkasının sayəsində XX əsrdə bir necə dəfə Azərbaycan xalqının taleyi pərdə arxası oyunların, siyasi anarxiya və eksperimentlərin qurbanına cevrilməkdən xilas olmuşdur.
Məlumdur ki, 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsinə başlamış, 1944-cü ildə isə dövlət təhlükəsizliyi orqanlarında, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda isə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək Azərbaycana rəhbərliyə başlamışdır.
Burada bir məqama diqqət etməliyik. Məlumdur ki, XX əsrin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-nın) azərbaycanlılaşdırılması və xalqımızın düşmən ünsürlərdan təmizlənməsi ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyevin üzərnə düşmüşdür. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdır ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da yaxından iştirak etdilər. Onlar daha sonralar KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri" uydurma "cinayət işləri" qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri - Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin KQB-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətəni və xalqı qarşısında adi xidmətlər deyil! Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını almışdır.
Respublikaya rəhbərliyinin ilk günlərindən bütün sahələrdə olduğu kimi, görkəmli şəxsiyyətlərin yubileylərinin müntəzəm olaraq qeyd olunması bir ənənə halına cevrilmiş, milli düşüncə sahiblərinin himayə olunması ilə milli dəyərlərə sahib cıxmağın tarixi yaddaşla sintezi konsepsiya olaraq qarşıya qoyulmuşdur. Bütün bunlar ən önəmli vasitələr olaraq Azərbaycan xalqının ümummilli problemləri sırasında milli özünüdərkə xalqın tarixi yaddaşının özünə qaytarılmasına, müstəqil dövlətçilik ideyalarının yenidən gerçəkləşdirilməsinə yaradılan real zəmin idi. Həmin dövrün totalitar sisteminin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı etdiyi ağır təzyiqlər, təqib və təhdidlər sovetlər ittifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirirdi. Yenilməz iradəyə sahibi olan Heydər Əliyev düşüncəsinin imkanları Azərbaycanda yaradıcı insanların sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək kimi milli potensialını üzə cıxarmışdır.
Azərbaycanın XX əsrin 60-cı illərində ağır iqtisadi tənəzzülə dücar olması dahi şəxsiyyətin cox böyük narahatcılığına səbəb olan məsələ idi. O, bu barədə demişdir: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqına həsr olunmuş yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrünün başlaması ilə Azərbaycanın tarixində böyük dönüş mərhələsi başladı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bu günkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Əslində demək mümkündür ki, azərbaycan xalqının tarixi taleyinin və müqəddəratının müəyyən edilməsində xüsusi mərhələ elə bu tarixdən başlamışdır.
Sovet dövründə Heydər Əliyevin yalnız kommunist lider və ictimai xadim olaraq təqdim olunmasına baxmayaraq yuxarıda sadaladığımız real tarix dahi siyasi xadimin Azərbaycan xalqının milli-mədəni intibahı naminə gördüyü işlərin əsl mahiyyətini müstəqilliyin ilk illərindən başlayaraq araşdırılması zərurətini yaratdı. Mənbələr göstərir ki, 1969-cu ilin iyulundan 1982-ci ilin dekabrınadək Heydər Əliyevin sədrliyi altında keçirilən Azərbaycan KP MK bürosunun demək olar ki, bütün iclaslarında xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, mənəviyyatı ilə bağlı məsələlər dərindən müzakirə olunub və milli tərəqqiyə yönələn mühüm qərarlar qəbul edilib. Bu dövr həm də Azərbaycanın Cənubi Qafqaz respublikaları arasında liderə çevrildiyi dövr olmaqla yanaşı, ümumittifaq problemlərin həllində sovet rəhbərliyinin Heydər Əliyevin tövsiyələrindən yararlanmaq məcburiyyətində qaldığı dövr kimi xarakterizə edilə bilər. Məşhur tarixci T.Svyatoçovski Azərbaycanın dövlətçilik tarixinin 60-cı illərindən sonrakı dövrü "tarixdə Əliyev dövrünün başlanması" kimi səciyyələndirməsi də hec təsadüf deyildir.
Proseslərin mahiyyətinə vardıqca tarixi hadisələrin bir sıra məqamlarının müqayisəsi zərurəti meydana cıxır. Məlum olur ki, bir çox siyasi xadimlərin cətin şəraitdə öz xalqı ücün taleyüklü məsələlərin həllinin öhdəsindən gələ bilmədiyi halda Heydər Əliyev dühası istənilən cətin siyasi situasiyadan aslı olmayaraq xalqının taleyüklü məsələlərini həll edə bilmişdir. Həmin illər Azərbaycanda milli kadrların rəhbər vəzifələrdə təmsil olunması, iqtisadiyyatın sürətli inkişafı və ədəbi dilin, milli mədəniyyətin intibah dövrü kimi Heydər Əliyev zəkasının milli düşüncəsinin məhsulu idi. Bu addımlar bilavasitə Azərbaycanın gəlcək müstəqilliyinin baza prinsiplərini formalaşdırmışdır. Təkcə o dövrdə milli həbici kadrların hazırlanmasına olan diqqətin bu günkü Azərbaycan Respublikasının qüdrətli ordu quruculuğunun möhkəm təməlinin qoyulmasındakı rolu dahi siyasi xadimin xalqı qarşısında böyük bir tarixi vəzifəni həlli etməsi demək idi.
70-ci illərin sonunda ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirələrdə Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinə yerli əhalidən ilbəil qəbul faizinin artirilmasını tələb edərək demişdir: "Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsınız?!".
SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdür.
Bu baxımdan Heydər Əliyevin nadir siyasi düşüncə sistemi onun təkcə dövlət başçısı kimi yox, milli ruha malik ideoloq, mütəfəkkir kimi xalqının ən çətin anlarında xilaskarlığını öz misilsiz fədakarlığı ilə həyata kecirmək bacarığına malik olmasında, yaşadığı fırtınalı zaman dönəmində özünün istənilən təhlükələrə məruz qalmasına baxmayaraq xalqının xoşbəxtliyini ən məqəddəs məqsəd kimi reallşdırmaq bacarığında öz təsdiqini tapıb. Heydər Əliyevin sovet dövrü fəaliyyətinin xarakterik xüsusiyyətlərindən daha önəmlisi isə onun tarixi hadisələrin gedişini öncədən qiymətləndirməsi, müstəqilliyin gələcək əsaslarına dair böyük əhəmiyyət daşıyan qərarlar qəbul etmək kimi siyasi iradəsi olmuşdur. Bu gün həmin qərarların ümummilli miqyası Heydər Əliyevin timsalında zamanı qabaqlayan dahi terminini siyasi leksikona daxil etdi.
Bir necə məqamın tarixi mahiyyətini acmaq zərurətindəyik. 1969 cu ildə Heydər Əliyev hakimiyyətinin ilk günlərindən yüksək vəzifəli yarıtmaz məmurların təmizlənməsi ilə yeni milli mühitin islahatlar kontekstində dəyişdirilməsini həyata kecirməyə başladı. Bu addım əslində Partiya komitələrinin katibləri və istehsalat rəhbərlərindən tutmuş hakimiyyət elitasınadək Azərbaycanda "qətiliklə ictimai tənqidin çulğalaşması, mənəviyyatın tapdanmasına aparan səhv addımların ciddiyyətlə təqib olunması və intizama çağırış" kimi təsvirə malik idi. Bu siyasi ustalıq bütün sovet ictimai mühitinə və onun rəhbərliyinə sübut etdi ki, iqtisadiyyatdakı ziddiyyətli şəraitə və struktur zəifliyinə baxmayaraq, məqsədəyönlü kadr siyasəti, nizam-intizam və qanunçuluğu gözləməklə mühüm nailiyyətə nəinki nail olmaq mümkün idi, faktiki olaraq yarana biləcək istənilən gərgin siyasi vəziyyəti düzəltmək mümkündür. Heydər Əliyevin XX əsrin 70 ci illərində mühüm nəticələr vermiş idarəcilik sistemi ittifaq miqyasında nümunəvi təcrübə roluna cevrilmişdir. 1974-cü ildə Azərbaycanın ittifaq respublikaları arasında sənaye sahəsində məhsuldarlıq və milli gəlirin artımına görə 4-cü yeri, ümumsənaye məhsuldarlığına görə isə 6-cı yeri tutması isə siyasi sistemin möhkəm sosial bazasının yaradılması təcrübəsinin tətbiqi ilə mümkün olmuşdur.
Digər bir məsələ budur ki, Heydər Əliyev mühüm əhəmiyyətli vəzifələrə təyinat zamanı slavyan mənşəli namizədlərdən istifadə edilməsinə maraq göstərmirdi, rus milliyyətindən olan ikinci katiblərin Moskva tərəfindən təyin edilməsinə isə etiraz təbii ki, mümkün deyildir. Lakin bütün millətlərin dostluq, mədəni -mənəvi yaxınlaşama prosesində cox mühüm addımlar atırdı.Öz xalqının milli dəyərlərinin və ziyalılarının qiymətinin isə ittifaq səviyyəsində verilməsini tələb edirdi. Başqa xalqlara yanaşmada da bu prinsipi gözləyirdi. Stalin siyasətinin qurbanı olmuş ədib Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə tarixi həqiqətlərin dərk edilməsini haminin qarşısında vacib məsələ kimi qoymuşdur. Rus dili və mədəniyyətinin hökm sürdüyü bir siyasi rejimdə bunların edilməsi yalnız böyük iradə və vətən təəsübkeşliyinin nəticəsi idi. XX əsrin 60-cı illərindən başlayan bu mənzərə həm də bir sıra taleyüklü məsələləri həll etmiş oldu. Belə ki, Bakı əhalisinin sürətli inkişafına olan diqqət, dirçələn ziyalı təbəqəsindən ehtiyat qüvvələrin hazırlanmasında ali təhsilli kadrların sayının 150 min nəfərə çatmasında özünü göstərdi. Hökumət qulluqçularının nisbəti isə 20,1 faizi təşkil edirdi. Hər iki istiqamətdəki inkişaf ikidilliliyin güclənməsi ilə bir araya düşdü ki, hətta rus dilində danışanların sayı getdikcə daha üstünlük təşkil edirdi. Azərbaycan dilini özünün ana dili hesab edənlərin isə xeyli hissəsi bu dildən əsasən, danışıq dili kimi istifadə edirdi. Hətta belə bir mənzərə yaranmışdır ki, Azərbaycan dili dərin düşüncələri ifadə etmək üçün yaramır. Bu barədə "Gəlin açıq danışaq."- deyə daxili narahatçılıq hissi keçirən Bəxtiyar Vahabzadə yazırdı. “Rus məktəblərində oxuyan azərbaycanlılar çox vaxt öz fikirlərini ana dilində ifadə edə bilmirlər... Azərbaycan məktəblərində isə rus dilinin tədrisi 1-ci sinifdən, daha doğrusu, uşaqlar öz doğma dilini mükəmməl öyrənməmiş, onun özünəməxsus təbiətini və gözəlliyini duymamış başlayır”. Bu baxımdan, assimilyasiya dərəcəsindəki böyük fərqlərin yaranması və bunun tənzimlənməsi yolunda effektli addımların atılması cox mühüm milli məsələ idi. Digər tərəfdən, ikidilliliyə münasibətini ifadə edən müəllif göstərir ki, “kənddən olan azərbaycanlı çağırışçılar rus dilini yaxşı bilmədiklərindən hərbi xidmətdə diskriminasiyaya məruz qalırdılar”. Sovet dönəmində yaranan belə bir milli ucurumun qarşısının alınması yolunda Heydər Əliyevin həyata kecirdiyi tədbirlər bütün böhran ünsürlərə bir aydınlıq gətirdi. Ana dilimizə qarşı olan ögey münasibətin və mədəni mühitin milliləşməsi istiqamətində həyata kecirilən tədbirlər nəticəsində yadlaşma siyasətinin qarşısı alındı.
Bütün bu islahatların məntiqi nəticəsi olaraq Heydər Əliyev növbəti mərhləni belə xarakterizə edirdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur”.
Cünki, 1970-1985-ci illəri əhatə edən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə - Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bütün varlığına hopmuş xalqına, vətəninə bağlılığının nəticəsi idi. Azərbaycanın həmin dövrdə əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirilərək SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilmiş, hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınmaqla, hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir.
XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində həyata kecirilmiş kompleks inkişaf proqramları nəticəsində Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi. Əldə edilən uğurlu nailiyyətləri şərh edərək dahi siyasi xadim demişdir: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.
XX əsrin 80-ci illərində isə Sovet İttifaqının dağılmasının labüdlüyü rejimin azərbaycan xalqına qarşı məkrli niyyətinin növbəti dəfə ic üzünü acdı. Sovet rəhbərliyi siyasi riyakarlıqdan qaynaqlanan milli ayrıseckilik və baş qaldıran dərin böhranların əsirinə cevrilməyə məhkum oldu. Bu ziddiyyətlər fonunda azərbaycan xalqına qarşı məqsədli şəkildə edilən haqsızlıqlara qarşı Heydər Əliyev acıq aşkar üsyan etdi və xalqının haqq səsinə səs verdi. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək öz vəzifəsindən istefa verdi.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar SSRİ rəhbərliyinin iki-üzlü siyasətinə etirazını acıq şəkildə bildirərkən ədalətsizliyə qarşı böyük siyasi iradə nümayiş etdirdi. Bunlar dahi siyasi xadimin vətən təəsübkeşliyinin təzahürü idi. O, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını da 1991-ci ilin iyununda bu ədalətsizliklərə cavab olaraq tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Dahi siyasi xadimin baş verən hadisələrdə ortaya qoyduğu vətəndaş mövqeyi gələcək mütəqilliyimizə hesablanmış cağırışların acıq-aşkar ifadəsi kimi dəyərləndirilməlidir. 1990-cı illərdən başlayaraq azərbaycan xalqına qarşı sovet rejiminin ədalətsiz, düşməncılık münasibətində nə qədər dərinləşmə müşahidə olunurdusa Heydər Əliyev bir o qədər xalqının milli haqqının müdafiəsi ücün mübarizəsini dərinləşdirmişdir.
Heydər Əliyev demişdir: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişdirə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarmdan istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".
Əlbəttə, bütün sovet hakimiyyəti illərində yeridilən siyasətin başdan-başa yaramadığını və yanlış olduğunu söyləmək doğru olmazdı. Digər bir nitqində deyirdi: "...Heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təəssüf ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə girmişdir ... Tarixin hər bir dövrünü olduğu kimi yazmaq lazımdır".
Bu tarix yazılarkən məlum oldu ki, Azərbaycan xalqının milli-mədəni intibahı, millətin gələcəyi naminə Heydər Əliyev siyasi təfəkkürünün nəyə qadir olduğu dərindən təhlil olunmalı, tarixi həqiqətlər zaman-zaman öyrənilməlidir. Cünki, xalqının yenidən mustəqillik arzularını güclü dövlətcilik strategiyasinın qurulması ilə reallaşdıran, müasir Azərbaycanın qurucusu və banisi bütün taleyüklü problemləri öz qətiyyəti, prinsipiallığı ilə xalqının mənafeyi naminə həll edən Heydər Əliyev dühası milli liderdən Ulu Öndər statusuna yüksəlmiş yeganə tarixi şəxsiyyətdir.

İlham Məmmədzadə,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

Sənan Həsənov,
YAP Fəlsəfə və Sosiologiya İnstitutu Ərazi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

II məqalə ilə buradan tanış olmaq olar