“Professor Midhət Ağamirov və onun fəlsəfi irsi” adlı elmi konfrans keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda tanınmış filosof, professor Midhət Ağamirovun 100 illiyinə həsr olunmuş “Professor Midhət Ağamirov və onun fəlsəfi irsi” adlı elmi konfrans keçirilib.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək Midhət Ağamirovun elmi fəaliyyətinə nəzər salaraq konfrans iştirakçılarına bu barədə ətraflı məlumat verib və onun tədqiqatlarının özünəməxsusluğundan danışıb. Fəlsəfə tarixi sahəsində gənc alimlərin yetişməsində böyük xidmətlərinin olduğunu deyən professor bildirib ki, o, öz elmi əsərlərində dövrün reallıqlarına uyğun olaraq bir filosof kimi elmin dərinliklərinə nüfuz edə bilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan Fəlsəfə tarixi şöbəsinin müdiri f.e.d. Arzu Hacıyeva “Professor Midhət Ağamirovun fəlsəfi irsinə retrospektiv baxış”, f.ü.f.d. dosent Müstəqil Ağayev “Azərbaycan fəlsəfi fikrinin tədqiqində, təbliğində və tədrisində Midhət Ağamirovun rolu”, f.ü.f.d. Faiq Ələkbərzadə “Midhət Ağamirov fəlsəfə tarixçisi kimi” və f.ü.f.d. Rəşad Əsgərov “Abdulla Şaiq və M. Hadi Midhət Ağamirovun tədqiqatlarında” mövzusunda məruzə ilə çıxış etmişlər.
Sonra f.e.d., professor Adil Əsədov, f.e.d., professor Azər Mustafayev, f.ü.f.d. İradə Zərqanayeva f.ü.f.d., dosnet Əli İbrahimov və digər çıxışçılar professor Midhət Ağamirovun elmi fəaliyyəti və ömür yolundan bəhs edən çıxışlar etmişlər.