21.06.2021, 10:27 - Baxış sayı: 438

Nəsiminin 650 illiyinə həsr olunmuş konfransın materialları kitab şəklində çap olunub


Nəsiminin 650 illiyinə həsr olunmuş konfransın materialları kitab şəklində çap olunubİmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Moskvada keçirilən konfransın materialları kitab şəklində çap olunub.
Konfrans 2019-cu ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən keçirilib. Konfrans zamanı Moskvada Nəsiminin büstünün açılışı olub. “Nəsimi poeziyasında insan himni (Şərq və Qərbin mənəvi və mədəni dəyərlərinin sintezi)” mövzusunda keçirilən konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də iştirak ediblər.
Konfransın təşkilatçıları arasında Rusiya EA Fəlsəfə İnstitutu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına MDU-nun Asiya və Afrika ölkələri İnstitutu, Rusiya EA A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu və başqaları da var.
Monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru F.Əzizova və akademik A.Kubelindir.
Monoqrafiyada AMEA Fəlsəfə və Sosiologiya İstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə ilə yanaşı İnstitut əməkdaşlarının məqalələri də yer alıb.
Kollektiv monoqrafiyada Azərbaycandan başqa Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Polşa, İngiltərə, Avstriya, Finlandiya alimlərinin də Nəsimi haqqında tədqiqatları nəşr olunub.