18.06.2021, 14:11 - Baxış sayı: 516

“Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda elmi seminar keçirilib


“Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda elmi seminar keçirilib18 iyun 2021-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda elmi seminar keçirilib.
Seminarı “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov açaraq mövzunun aktuallığını, vacibliyini seminar iştitrakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, fəlsəfə və süni intelelkt mövzusunda seminarların keçirilməsi olduqca əhəmiyyətlidir.
Mövzu ilə bağlı çıxış edən Fəsləfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə bildirib ki, süni intellekt və Lütfi Zadənin tədqiqatlarına həsr olunmuş vuirtual labarotoriya yaradılıb. Labarotoriyanın yradılmasında məqsədin bu mövzularda elmi seminarların keçirilməsi və mövzuya həsr olunmuş kitabların nəşr edilməsidir. Həmçinin bununla bağlı institutun saytında “Elektron almanax” yaradılıb və orada mövzuya həsr olunmuş elmi məqalələr toplanır.
İnstitutun direktoru f.e.d.İlham Məmədzadə məruzəsində süni intellekt və qeyri-səlis məntiq nəzəriyyəsisinin fəlsəfi refleksiyasının əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məruzəçi bununla bağlı konseptual xarakterli 7 tezis irəli sürüb və onların geniş analizini verib. O cümlədən, prof. İlham Məmədzadə filosofları süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri ilə ciddi maraqlandıqlarını ayrıca qeyd edib. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyinin, hansı problemləri aktuallaşdırdığının və nəticədə fəlsəfənin özünün necə dəyişdiyinin həmin kontekstdə əhəmiyyət kəsb etdiyini önə çəkib. Filosoflar və alimlər bu istiqamətdə düşünməli və araşdırmalar aparmalıdr – deyə, İlham Məmmədzadə vurğulayıb.
Sonra mövzu ilə bağlı f.e.d., professor Əbülhəsən Abbasov, f.e.d., professor Əli Abasov, f.e.d., professor Arif Bünyadzadə və f.e.d. Füzuli Qurbanov məruzə ilə çıxış ediblər.
Yekunda seminar iştirakçıları mövzu ətrafında fikir mübadilələri aparıblar.
“Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda elmi seminar keçirilib