14.06.2021, 14:48 - Baxış sayı: 707

“Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib


“Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib14 iyun 2021-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Elm Tarixi İnstitutu ilə birgə “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirmişdir.
Tədbiri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun ditrektoru, f.e.d., professor İlham Məmmədzadə açaraq, konfrans iştiakçılarını və dünyanın bir çox ölkələrindən konfransa qoşulan alimləri salamlayaraq, sözü AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə verdi.
Akademik İsa Həbibbəyli öz çıxışında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyasında müntəzəm tədbirlərin keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı: “Bu tədbirlərin keçirilməsi bizə imkan verir ki, bir daha Nizami Gəncəvini dünyaya geniş tanıdaq”.
Həmçinin bu istqamətdə AMEA-da görülən işlərdən, Nizami Gəncəviyə hərs edilən kitablar nəşr olunduğunu və bu işlərin davam etdiyini deyən akademik bildirib ki, “Nizami ili”nin yekun tədbirinin şairin doğma şəhəri Gəncədə keçirilməsi üçün hazırlıqların davam etdiyini qeyd edib.
Nizami Gəncəvini Azərbaycan-türk təfəkkürünün sənət möcüzəsi adlandıran İsa Həbibbəyli onu bu təfəkkürün böyük sənətkarı olduğunu xüsusi olaraq vurğulayıb. Nizami Gəncəvi əsərlərini fars dilində yazsa da o, Azərbaycan-türk təfəkküründə düşündüb - deyə, akademik bildirb.
Sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunda görülən işlərdən danışıb. Müasir Azərbaycan fəlsəfəsində Nizaminin özünəməxsus yeri və rolu olduğunu bildirərək, bu günə kimi iki konfransın keçirildiyini deyən proferssor qeyd edib ki, növbəti – üçün konfransı fəlsəfə günündə keçirmək planlaşdırılıb. Üçüncü konfrasın yekunu olaraq Nizami Gəncəviyə həsr edilmiş tezis və məqalələrin toplu halında nəşr ediləcəyini konfras iştirakçılarının diqqətinə çatdırıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d Eynulla Mədətli “İranda Nizaminin kimliyi məsələsinə münasibət”, professor dr. Elyor Karimov (USA) “Dünya sufi irsinə Nizami Gəncəvinin töhvəsi” (“Вклад Низами Ганжеви в мировое суфийское наследие”), Fəlsəfə və Sosiologiya İnstitutunun, “Fəlsəfə tarixi” şöbəsinin baş elmin işçisi, f.e.d. prof. Zümrüd Quluzadə “ XXI əsr. Nizamişünaslığın aktual və mübahisəli problemləri”, AMEA-nın müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri, f.e.d. Könül Bünyadzadə “Nizami Gəncəvi müdrikliyi – nəsildən nəsilə ötürülən miras”, Of Political Sciences, Maracco dr. Hasan Ham “Philosophy, science and COVİD-19”, AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli “Azərbaycanın böyük ədibi Nizami Gəncəvi və onun elmi irsi” Ankara universitetinin professoru dr. Haluk Erdem “ Nizami Gencəvi düşuncesindemədəniyyət problemi”, Dr. Birgit Biehl (Germany) “İlyas İbn-Yusif Nizami Gəncəvi kimdir?(Gancawi – who is he?)”, Deputy Director of the Algerian National Research Center Zaim Khanchalavi “Interest of Arab researchers in Nizami's legacy: some examples, AMEA Elm Tarixi İnstitutu, “Elm Tarixinin Nəzəri və Metodoloji problemləri” Şöbə müdiri t.ü.f.d. Bayram Quliyev “Nizami Gəncəvinin həyatı və əsərlərinə dair ilkin qaynaqların təhlili”, Fəlsəfə və Sosiologiya İnstitutu Beynəlxalq əlqaələr şöbəsinin müdiri, f.ü.f.d., dosent., Zöhrə Əliyeva və Rəssamlıq akademiyasının baş müəllimi Cəmilə Həşimova “Nizaminin estetik idealı”, Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin rəhbəri, f.e.d., prof Əsədulla Qurbanov “ Nizami Gəncəvi-880”, AMEA-nın Elm Tarixi İnstitutu, Təbiət və dəqiq elmlər şöbəsinin elmi işçisi Aybəniz Osmanova “ Nizami Gəncəvi poeziyasında dəqiq elmlərin yeri”, AMEA, Elm Tarixi İnstitutu, Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin elmi işçisi Röya Mirzəbəyova “Yan Rıpkanın tədqiqatlarında Azərbaycan məktəbi və Nizami Gəncəvi”, AMEA, Elm Tarixi İnstitutu, Tərcümə və İnformasiya şöbəsinin müdiri Aynur Nəzərova “Nizami Gəncəvi yaradıcılığında türk-Azərbaycan sözləri”, Elm Tarixi İnstitutu, Təbiət və Dəqiq Elmlər Tarixi şöbəsinin əməkdaşı Solmaz Namazova “Tarixdə iz qoyan XII əsr və Nizami Gəncəvi, AMEA Elm Tarixi İnstitutu, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsi, elmi işçi Quliyev Elxan “Nizami Gəncəvi yaradıcılığında şəxsiyyət problemləri” mövzularında məruzə ilə çıxış ediblər.