26.05.2021, 13:28 - Baxış sayı: 579

Fəlsəfə və Sosiologiya İnstitutunda Cümhuriyyətin ildönümü ilə bağlı dəyirmi masa keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda Cümhuriyyətin ildönümü ilə bağlı dəyirmi masa keçirilibMayın 26-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq "Respublika günü Vətən müharibəsində qələbəmizin kontekstində" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri açıq elan edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə iştirakçıları salamlayaraq bayram münasibəti ilə təbrik edib və bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfədir ki, Respublika gününü əsl bayram əhval-ruhiyyəsində qeyd edirik.
Fəlsəfə və Sosiologiya İnstitutunda Cümhuriyyətin ildönümü ilə bağlı dəyirmi masa keçirilibAğır ictimai-siyasi mühitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsidir –deyə İlham Məmmədzadə bildirib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Cümhuriyyətin yaranma tarixi ilə bağlı ətraflı çıxış etdi. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması zamanı tarixi şəraitə və bügünkü müstəqilliyimizə gedən yolun bir çox qaranlıq məqamlarına aydınlıq gətirərək qeyd etdi ki, Azərbaycanın sovet hökumətinin tərkibinə respublika kimi daxil olması birbaşa Azərbaycan Xalq Cümhuriyyətinə bağlıdır.
E.Mədətli həmçinin dövrün siyasi şərtlərinə nəzər salaraq, bu kimi halların Cümhuriyyətə mənfi və müsbət təsirlərindən danışdı.
Sonra A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, f.ü.f.d., Şölət Zeynalov, fiyasət üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və digər çıxışçılar çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövrün siyasi mühitini təhlil etdilər.
Fəlsəfə və Sosiologiya İnstitutunda Cümhuriyyətin ildönümü ilə bağlı dəyirmi masa keçirilib