26.05.2021, 10:02 - Baxış sayı: 657

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda mədəniyyətin fəlsəfəsi, mədəniyyətlərarası əlaqələrin etikası, sosial psixologiya və sosiologiyası sahəsində 2017-2021-ci illərdə görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında analitik təhlil


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda mədəniyyətin fəlsəfəsi, mədəniyyətlərarası əlaqələrin etikası, sosial psixologiya və sosiologiyası sahəsində 2017-2021-ci illərdə görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında analitik təhlilBu dövr 119 elmi tədqiqat işi yerinə yetirilmişdir. Bu işlərdən aşağıda adları göstərilən prioritet mövzuları xüsusi olaraq vurğulamaq istərdik:
1. XXI əsr dinlər və millətlərarası münasibətlərin yeni etik dövrü (müasir Azərbaycanın müqayisəli tarixi);
2. Azərbaycanda dinlərarası münasibətlərin inkişafında fəlsəfi nəzəri amili və mədəniyyətin fəlsəfəsi;
3. Gəncə-Qarabağ ərazisinin sosial-psixoloji problemləri;
4. Dəyişiklik dövründə milli identikliyin sosial-fəlsəfi təhlili ;
5. Azərbaycanın erməni işğalına qarşı Vətən müharibəsində azərbaycançılıq ideologiyasının rolu və milli birlik fəlsəfəsi;
6. Heydər Əliyevin irsində mədəniyyətlərarası əlaqələrin fəlsəfəsi və sosiologiyası.
Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası və dövlətin elmi-texniki siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunun nəzdində 2 virtual laboratoriya təşkil edilmişdir ki, bu laboratoriyalardan birinin fəaliyyəti də məhz bu istiqamətdədir. Həmin virtual laboratoriya AMEA-nın 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr haqqında 01 may 2019-cu il tarixli 1/1 saylı qərarın 4.2.-ci bəndinə uyğun olaraq İtaliyanın Genuya və Link Universitetləri, Qazaxıstan Respublikası Fəlsəfə, Din, Siyasətşünaslıq İnstitutu və Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyası ilə birgə yaradılmışdır və “İpək yolunda mədəniyyətlərarası qarşılıqlı əlaqələrin fəlsəfəsi” adlanır. Laboratoriyanın fəaliyyəti nəticəsində “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Yeni “İpək yolu” adlı Almanax, Azərbaycan, rus və ingilis dillərində çapdan çıxmışdır (Bakı-2020, 335 səhifə).
Milli və dini azlıqlar, ölkəmizdə multikulturalizm siyasəti ilə bağlı İnstitut əməkdaşları tərəfindən 51 elmi məqalə dərc edilmişdir. Bu məqalələrdən aşagıdakıların adlarını göstərə bilərik:
1. Şöbə müdiri, f.e.d. Rüstəmova Afaq Baloğlan qızı- Азербайджанство как синтез национальных и общечеловеческих идей // Национальный педагогический университет имени М.П.Драгоманова. ВГО Украинская академия наук. Видавництво «Гилея». Научный вестник. Сборник научных статей. Выпуск 128 (№ 1), Киев, 2018, с.240-243.
2. Şöbə müdiri, f.e.d. Qurbanov Fizuli Məhəmməd oğlu- Мобилизация этнокультурных ценностей как механизм диалога в мультикультуральном обществе, с. 172-176// Материалы межд.конф. «Мобилизация этнокультурного ресурса как важнейший фактор противодействия экстремизму и терроризму». Сборник научных статей. Грозный 24-25 ноября 2017 г. Грозный: ФГУП Издательско-полиграфический комплекс «Грозненский рабочий», 2018, 312с.
3. Aparıcı elmi işçi, f.ü.f.d. İbrahimov Hüseyn Qasım oğlu - “Qloballaşma dövründə etnik seperatizm problemi”. Fənlərarası, tarix elm texnika XII beynəlxalq konfransın materialları, Kiyev, fevral, 2018. s. 302-306
4. «Müasir dünyanin fəlsəfi problemləri» şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Abasov Əli Seyidabbas oğlu- Опыт постсоветского развития государства, общества, языка и культуры - «Общество. Язык. Государство: ретроспектива и перспектива», Бухара, Из-во Дурдона, 2019, с.35-60.
5. “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mövsümova Lalə Cəfər qızı- Многообразие культур и религиозная толерантность в Азербайджане. — Диалог культур и вызовы современной эпохи. Материалы Бакинского форума, посвященного памяти Гейдара Алиева. Под ред. Н.М.Мамедова, А.Н.Чумакова. М., Канон+РООИ «Реабилитация», 2019, с. 374-378
6. “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ağayeva Ziba Bahadur qızı- Многообразие культур в условиях информационного общества. — Диалог культур и вызовы современной эпохи. Материалы Бакинского форума, посвященной памяти Гейдара Алиева/ под общ. ред. Н.М.Мамедова, А.Н.Чумакова; отв. ред. А.А.Гезалов, И .Р. Мамед-заде. –М.: Канон+ РООИ «Реабилитация», 2019, с.119-126.
İnstitutda bəhs edilən dövrdə bu mövzularla bağlı 16 elmi konfrans keçirilmişdir. Aşağıda onlardan bəzilərinin adlarını qeyd edirik:
1. 29-30 mart 2017-ci il tarixlərində Fəlsəfə İnstitutu AMEA İctimai Elmlər Bölməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda beynəlxalq elmi konfrans;
2. 27 oktyabr 2017-ci il tarixində Bakı şəhəri AMEA İctimai Elmlər Bölməsi, Fəlsəfə İnstitutu, Azərbaycan Respublikası yanında Bilik Fondu və Venesiyanın Ca.Foscari Universiteti ilə birgə «İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər» mövzusunda Beynəlxalq elmi konfrans;
3. 10 noyabr 2017-ci il tarixində Fransanın Nitsa şəhərində Nitsa-Sofiya Antipolisin hüquqi və siyasi elmlər fakültəsi, Konstitusiya, Inzibati hüquq, Maliyyə və Vergi hüququ elmi-tədqiqat mərkəzi ilə birgə «Həmrəylik, fəlsəfi prinsip, hüquqi normalar: müqayisəli Fransa-Azərbaycan yanaşması» mövzusunda elmi konfrans;
4. İtaliyanın Roma şəhərində 5-8 aprel 2018-ci ildə «Heydər Əliyev: multikulturalizm ideologiyası və tolerantlıq» adlı beynəlxalq konfrans;
5. 03-04 iyun 2018-ci il tarixlərində Fəlsəfə İnstitutunun Heydər Əliyev Fondu ilə birgə «Əliyev qiraətləri» çərçivəsində Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans;
6. AMEA Rəyasət Heyəti və Fəlsəfə İnstitutunun ABŞ-ın Beynəlxalq İslam Fikri İnstitutunun birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində tolerantlıq və onun bəşər mədəniyyətinin inkişafında rolu (Azərbaycan nümunəsi)" adlı beynəlxalq elmi konfrans. (N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 28-30 mart, 2019-cu il).
Milli azlıqların müdafiəsində dövlətin multikulturalizm siyasətinə elmi-nəzəri zəmin yaratmaq, elmi metod və prinsiplərlə həmin siyasətin reallaşdırılmasına dəstək vermək üçün İnstitutda ardıcıl tədbirlər keçirilmişdir.
Mütəmadi olaraq milli azlıqlar, dini konfessiyalarla əlaqədar məsələlərin nəzəri və təcrübi cəhətlərinə dair İnstitutda elmi-nəzəri konfranslar, seminarlar, dəyirmi masa tədbirləri keçirilmiş, elmi əməkdaşlar tərəfindən hazırlanmış kitab və məqalələrin təqdimatı və müzakirəsi təmin edilmiş, tövsiyələr və təkliflər hazırlanaraq mətbuatda dərc edilmişdir. Elmi işçilər ölkə mətbuatında, tele-radio proqramlarında milli və dini azlıqlar barəsində müntəzəm çıxışlar etmişlər. Fəlsəfə və Sosiologiya İnstitutu Dini İşlər üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində aid dövlət qurumlarının tədbirlərində və layihələrində fəal iştirak etmişlər. İnstitutun elmi əməkdaşları ölkəmizin milli azlıqların kompakt yaşadığı bölgələrində həmin rayonlardakı Heydər Əliyev Mərkəzi ilə birlikdə mədəniyyətləarası və dinlərarası harmoniyaya xidmət edən tədbirlər keçirmişlər.
İnstitutun 2017-2021-ci illərdə nəşr etdiyi bir sıra kitablarda və məqalələrdə ölkəmizdə milli və dini azlıqların vəziyyəti, onlarla əlaqədar dövlət siyasətinin elmi-nəzəri-fəlsəfi aspektləri tədqiq edilmiş, elmi nəticələr ortaya qoyulmuşdur.
İnstitutun direktoru, fəlsəfə elmləri doktoru,professor İlham Məmmədzadənin, “Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” (Bakı, 2017) və “Müasirlik, tarix və mədəniyyət fəlsəfəsi” (Bakı 2020) əsərlərində Azərbaycanda mədəni və dini müxtəlifliyin bir-birini zənginləşdirərək multikultural dəyərlərin bərqərar olmasındakı rolu fəlsəfi təhlilə cəlb edilmişdir.
“Davamlı İnkişafın fəlsəfəsi” şöbəsinin müdiri, f.e.d., professor Sakit Hüseynovun, “Estetika” şöbəsinin müdiri, f.e.d., professor Adil Əsədovun, “Sosiologiya” şöbəsinin baş elmi işçisi, f.e.d Aydın Əlizadənin, həmin şöbənin aparıcı elmi işçisi, sosioloq Əhməd Qəşəmoğlunun məqalələrinin yer aldığı “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilmişdir. (“RS Poliqraf” MMC 2021,-245 s.) Kitabın elmi redaktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, rəyçisi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbəri, professor Kamran İmanov təqdim edilən kitabda ölkəmizdə dövlət siyasəti olaraq həyata keçirilən multikulturalizmin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqlarının geniş şərh və təhlil edildiyini qeyd etmişlər.
İnstitutun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin 2020-ci ildə işləyib hazırladığı “Müasir dünya və informasiya cəmiyyəti” kitabında informasiya cəmiyyətinin tələblərindən çıxış edərək hazırki virtuallaşmanın sosial proseslərdə rolunun artdığı, ölkədəki sosiomədəni dəyişikliklərin baş verdiyi şəraitdə milli və dini azlıqların cəmiyyədə diqqət mərkəzində tutulması məsələləri ətraflı araşdırılmışdır. (Bakı, “Avropa”, 2020)
“Sosiologiya” şöbəsində hazırlanan və 2021-ci ilin əvvəllərində azərbaycan və rus dillərində çap olunan “Həyat sosiologiyası: tarix və müasirlik baxımından” kitabında (Bakı, Avropa, 2021,-142 s.) ölkəmizdə həyat tərzinə çevrilmiş multikulturalizmin müxtəlif millətlərə və din-məzhəb mənsublarına pozitiv təsirindən konkret nümunələrlə söz açılmışdır.
“Sosiologiya” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin mədəniyyətlərin qarşılıqlı əlaqəsində dini dəyərlərin roluna həsr edilmiş məqalələri, xüsusilə youtube kanalındakı “Azərbaycanlının nöqteyi nəzəri” (2021) videobloqundakı seriya müraciət və çıxışları azərbaycançılıq məfkurəsi zəminində vahid bir orqanizm kimi Azərbaycanda yaşayan azsaylı xalqların: ləzgilərin, talışların, avarların, tatların, kürdlərin, çaxurların və başqalarının ölkənin aparıcı etnosu ilə tam bərabər şəkildə bir ahəng içərisində yaşadıqlarını əks etdirir. (www.youtube.com/watch? v=LeVBNz 9RR7c). Bu çıxışlarda Azərbaycan hökumətinin yeritdiyi siyasətin nəticəsində ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sabit bir ahəngdarlıq şəraitində yaşamağının necə böyük nailiyyət olduğu əsalandırılır, mədəni müxtəliflik içərisində identikliyi də qoruyub saxlamağın, bunların universal etik ideyalara söykənməsinin zəruriliyi də vurğulanır.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadənin və professor Tahir Maxamatovun (Moskva) “Dini-etnik sivilizasiyadan qlobal sivilizasiyaya: Türk-müsəlman dünyasının sivilizasiyası” məqaləsi (philosophy.edu.az), “Mədəniyyətlərin qarşılıqlı əlaqəsinin fəlsəfəsi” məqaləsində (“Notabene-bg.org”) Azərbaycan Respublikasının nümunəsi və təcrübəsində millətlərarası və dinlərarası münasibətlərin fəlsəfi təhlili verilməklə elmi əsaslandırılmış təkliflər də öz əksini tapmışdır.
Professor İlham Məmmədzadənin “Pandemiya şəraitində davamlı inkişafın fəlsəfəsi” (ingilis dilində) məqaləsində multikultural dəyərlərin pandemiya şəraitində daha da önə çıxdığı, ekstremal şəraitdə cəmiyyətin bütün üzvlərinin, o cümlədən, milli-dini azlıqların həmrəylik və birliyinin daha da artmasının fəlsəfi-etik tərəfləri araşdırılmışdır. (philosophy.edu.az/index.php?newsid=1101, 31.03.2021) Professor İlham Məmmədzadənin Moskvada “Voprosi filosofii” jurnalında dərc olunan “Multikulturalizmin fəlsəfəsi” məqaləsi artıq uzun illərdir həyatda özünü doğruldan Azərbaycan multikulturalizminin zəngin təcrübəsinin fəlsəfəsinin araşdırılmasına həsr edilmişdir.(2020, sayı 10).
Fəlsəfə elmləri doktoru Ziba Ağayevanın Fəlsəfə institutunun saytında yerləşdirilmiş “Milli identiklik və vətənpərvərlik” (31.12.2020) məqaləsində Azərbaycanda tarixən yaşayan bütün xalqların nümayəndələrinin azərbaycanlı olmaqları ilə qürur duyması, vətənçilik və dövlətçilik zəminində birlik nümayiş etdirməsi, xüsusilə də 27 sentyabr-8 noyabr 2020-ci il tarixlərindəki Ermənistanın işğalda saxladığı torpaqlarımızı azad etmək üçün Azərbaycan xalqının qalxdığı Vətən müharibəsində bu birliyi bariz şəkildə nümayiş etdirməsi bu sahədə səmərəli dövlət siyasətinin nəticəsi kimi şərh edilmişdir.
İnstitutun aparıcı elmi işçisi, f.ü.f.d Anar Bağırovun La Plata Universitetinin Beynəlxalq münasibətlər institutunun Azərbaycanşünaslıq kafedrası və Argentina Katolik Universiteti üçün hazırlayıb online qaydada etdiyi mühazirələri “Azərbaycan təcrübəsində multikulturalizm və dini müxtəliflik” mövzusuna həsr edilmişdir. Multikulturalizmin etnik və dini zəmində qarşıdurmalar yaranmasına imkan verməyən və cəmiyyətdə milli-dini ahəngdarlığa zəmin yaradan bir siyasət kimi hərtərəfli təhlil edildiyi bu mühazirlərdə vurğulanır ki, Azərbaycanda dövlət fəlsəfəsi əsrlərdən bəri davam edən dini müxtəlifliyin və etnik rəngarəngliyin nəzərə alınması sayəsində cəmiyyətin bütün mənsublarının konsolidasiyasında əhəmiyyətli rol oynayır. Azərbaycan Konstitusiyasının 18-ci maddəsi ilə dinin dövlətdən ayrılığı və bütün dinlərin qanun qarşısında bərabərliyi, eləcə də bir sıra digər maddələrdə vətəndaşların hüquq və azadlıqları ilə əlaqədar müddəaların reallaşmasının təmin edilməsinin ölkənin tolerant mühitini daha da zəngiləşdirdiyi bu mühazirələrdə geniş şərh edilmişdir(philosophy.edu.az).
İnstitutun doktorantı Səmirə Dadaşovanın “Multikulturalizm və mədəni mənsubiyyət qloballaşma dövründə” məqaləsində (rus dilində, 05.02.2021, philosophy.edu.az) ölkəmizin nümunəsində qloballaşma şəraitində multikulturalizmin və mədəniyyətlərarası dialoqun aktuallığı və onun daha da zənginləşdirilməsi məsələləri öz əksini tapmışdır.
İnstitutda “Yeni İpək yolu” ilə əlaqədar bu yol boyu xalqları arasında iqtisadi-siyasi əməkldaşlıqla yanaşı, həmin xalqların mədəniyyətləri və dinlər arası əlaqələrini tədqiq etmək, multikultural dəyərlərin və tolerantlığın qloballaşma şəraitində, xüsusilə aktuallıq kəsb etdiyini birgə araşdırmaq məqsədilə yaradılmış, Virtual Laboratoriyada Qazaxıstanın, Çinin, İtaliyanın tədqiqatçıları da əməkldaşlığa cəlb edilmiş və birgə əməkdaşlıqla “Mədəniyyətlərin qarşılıqlı əlaqəsinin fəlsəfəsi və Yeni İpək yolu” almanaxı 2020-ci ildə Bakıda nəşr edilmişdir. (Bakı. Elm və Təhsil, 2020,336 s)
İnstitutun multikulturalizm və tolerantlıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimovun “Bakı prosesi” - multikulturalizm fəlsəfi axtarışında mühüm mərhələ məqaləsində (Xalq qəzeti, 28.11.2018) multikulturalizm və tolerantlığın ölkəmizdə ənənə kimi uğurla davam etdrildiyini şərtləndirən amillər ortaya qoyulmuşdur.
Fəlsəfə və Sosiologiya İnstitutunda, bütün AMEA strukturunda, bütövlükdə Azərbaycan cəmiyyətində olduğu kimi milli azlıqların nümayəndələri çalışmaqdadırlar. Onların içərisində şöbə müdiri, aparıcı elmi işçi vəzifələrini tutan professorlar, dosentlər və digər elmi işçilər vardır. Etnik fərqliliyə baxmayaraq hamı özünü azərbaycanlı sayaraq azərbaycanlı milli mənsubiyyəti ilə fəxr edir.
İnstitutda son 5 ildə aparılan tədqiqatlarda, nəşr edilən kitablar və məqalələrdə, institutun aparıcı mütəxəssislərinin ölkənin milli azlıqların kompakt yaşadığı bölgələrdə ictimaiyyət qarşısındakı çıxışlarında multikulturalizm və tolerantlıq mövzusu daim yer almışdır. Məsələn, 7 iyul 2018-ci il tarixində ləzgi xalqının mənsublarının əksəriyyət təşkil etdiyi Qusar rayonunda həmin rayonun yetirməsi, Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədağa Sərdarovun 75 illik yubileyi ilə əlaqədar tədbir keçirilmiş, onun “Müdriklik dövrünü yaşayan insan” adlı kitabının təqdimatı edilmişdir. Bu tədbirin Qusarın Heydər Əliyev Mərkəzində keçirilməsi və orada institut əməkdaşlarının iştirak və çıxış etmələri, xüsusilə Azərbaycanda yaşayan ləzgilərin tarixən bu ölkə cəmiyyətinin ayrılmaz tərkib hissəsi olaraq azərbaycanlılarla eyni taleni bölüşdüklərinin şərh edilməsi, bugünkü müstəqil, davamlı inkişaf edən Azərbaycanın inkişafında və müdafiəsində ləzgilərin necə fəal rol oynadığının vurğulanması ləzgi ictimaiyyətinin dərin hüsn-rəğbətini doğurmuşdur. Eləcə də, institutun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, talış xalqının nümayəndəsi Əli İbrahimovun Azərbaycançılıq fəlsəfəsinə dair kitab və məqalələri ölkəmizdəki multikultural proseslərdə milli azlıqların nümayəndələri olan tədqiqatçıların fəal iştirak etdiklərinin göstəricisidir. (Əli İbrahimov. Azərbaycançılıq ideyasının konseptual aspektləri. Bakı, Avropa, 2018, - 242 s). Belə nümunələrdən çox göstərmək olarş
İnstitutun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevın “Milli kimlik və multikultural proseslər” (Bakı, Gənclik 2017-204 s.) əsərində ölkəmizdəki etnik rəngarəngliyin dövlətin yeritdiyi multikulturalizm siyasəti nəticəsində bütün Azərbaycan xalqının birlik və güc amilinə çevrilməsi təhlil edilmişdir. Aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” (Bakı, Avropa, 2017,-300 s) kitabında Azərbaycanda dinlərarası dialoqun cəmiyyətin mənəvi dayaqlarının möhkəmlənməsində oynadığı rol təhlil edilir, müvafiq tövsiyələr verilir.
Həmçinin, “Sosial psixologiya” şöbəsinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin "İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər" və "Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu" kitablarını qeyd etmək lazımdır.
İnstitutun şöbə müdirləri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun və tarix elmləri doktoru Eynulla Mədətlinin “Bir millət-iki dövlət”: fəlsəfi-tarixi təhlil” kitabında ölkəmizdə bütün xalqların nümayəndələrinin özlərini vahid bir orqanizmin ayrılmaz üzvləri kimi hiss etdikləri və azərbaycanlı adını daşımaqdan qurur duyduqları ətraflı şərh edilmişdir.
2018-ci ildə Fəlsəfə İnstitutu, Azərbaycan Prezidenti yanında “Bilik” fondu ilə birlikdə “İdentiklik və multikulralizm metodologiya, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi konfrans keçirmiş və onun materilları nəşr edilmişdir. (Bakı, 2018). Bu məruzələrdə milli azlıqların ölkəmizdə özlərini heç də “azlıq” kimi hiss etməmələri, vahid Azərbaycan xalqının üzvi tərkib hissələri kimi yaşayıb fəaliyyət göstərdikləri konkret nümunələrlə əks etdirilmişdir.
İnstitut ölkə ali məktəblərinin tələbələri üçün hazırlanmış “Azərbaycan multikulturalizmi” dərsliyinin (Bakı, Şərq-Qərb, 2019) hazırlanmasında fəal iştirak etmişdir. İnstitut Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birlikdə Moskvada “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirmiş və eyni adlı kitabın nəşrində fəal iştirak etmişdir. (Moskva, “KAH H - .ПЛЮС, 2019, -528)
Hazırda Fəlsəfə və Sosiologiya İnstitutunda ölkəmizdə milli azlıqlar, dini konfessiyalar, mədəniyyətləarası və dinlərarası əlaqələr barəsində tədqiqatlar, xüsusilə də sosioloji aspektdə araşdırmalar ardıcıl şəkildə davam etdirilir. Elmi tədqiqatların nəticələri, irəli sürülən təklif və tövsiyələr müvafiq qurumların cari fəaliyyətində nəzərə alınması üçün elmi nəşrlərdə və dövrü mətbuatda dərc edilir.