18.05.2021, 11:44 - Baxış sayı: 398

Qadınlar Şurasının Beynəlxalq Ailə Gününə həsr olunan tədbiri keçirilib


Qadınlar Şurasının Beynəlxalq Ailə Gününə həsr olunan tədbiri keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Qadınlar Şurasının təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunan tədbir keçirilib.
Konfransı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə eləmləri doktoru, professor İlham Məmmədzadə açaraq Beynəlxalq Ailə Gününü ilə bağlı fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü. Ailə məsələlərində keçmişlə bu günü müqayisə edən İlham Məmmədzadə yaranmış problemləri sosioloji-elmi təhlilsiz, müqayisəsiz ümumiləşdirmənin əleyhinə olduğunu və bu problemlərin elmi və ənənəvi tarazlıq şəkilində yoluna qoyulmasını xüsusi olaraq qeyd etdi.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının sərdi f.e.d. Lalə Mövsümova, f.ü.f.d. Zeynəddin Şabanov, f.e.d. Rəfiqə Əzimova, f.e.d., professor Rəna Mirzəzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqan, elmi işçi Leyla Zaynalova çıxış edərək ailə dəyərlərinin qorunması yollarından, onun xarici təsirlərdən qorumağı və özünəməxsusluğunu saxlamağın vacibliyindən söz açıblar.