17.05.2021, 14:19 - Baxış sayı: 377

Professor İlham Məmmədzadə beynəlxalq konfrasda iştirak edib


Professor İlham Məmmədzadə beynəlxalq konfrasda iştirak edib17 may 2021-ci il tarixində Sofiyada Bolqarıstan Elmlər Akademiyasının “Fəlsəfə və Sosiologiya” İnstitutu tərəfindən təşkil olunmuş “Qaçqınlar - Qorxular, Anlaşma, Empatiya” (“Refugees – Fears, Understanding, Empathy“) adı altında beynəlxalq konfrans keçirilmişdir. Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə və institutun Beynəlxalq əlaqər şöbəsinin müdiri f.ü.f.d.Zöhrə Əliyeva iştirak etmişdirlər.
Konfransda İlham Məmmədzadə “Qaçqınlar (miqrantlar) məsələsi mədəniyyət və sivilizasiyanın qarşılıqlı münasibəti kontekstində” mövzsunda çıxış etmişdir. Professor çıxışında qloballaşmanın qaçqınlar və miqrantların yaranmış problemini, onun başa düşülməsi və həllini tələb edən ən vacib problemlərdən biri halına gəldiyini qeyd edərək bildirib ki, bu problem ən çox idarəetmə, iqtisadi, siyasi, nəqliyyat, sosioloji və statistik olaraq qəbul edilir.
Burada mədəniyyət və sivilizasiyanın arasındakı münasibətdə mövcud olan ziddiyyətlərin olduğunu qeyd edib.
Sonra Zöhrə Əliyeva “Müasir dünyada qaçqınların problemlərinin həlli” mövzusunda çıxış etmişdir. O, öz çıxışında dünya birliyinin yeni qaçqın axınının qarşısını almaq üçün ən təsirli yolları müəyyənləşdirməli və bu yollara həmin hadisələrin köklü səbəblərinin öyrənilməsini, vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlərin qəbulu daxil olduğunu bildirib.
Qeyd edək ki, Zöhrə Əliyeva çıxışın müəyyən bir hissəsi münaqişədən sonrakı dövrdə Azərbaycandakı qaçqınlar probleminin həllinə həsr edilmişdir.