28.04.2021, 13:37 - Baxış sayı: 446

“Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür” mövzusnda dəyirmi masa keçirilib


“Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür” mövzusnda dəyirmi masa keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar institutun “Heydər Əliyev siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür” mövzusnda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək Ulu öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışdı: “Müasir Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşması və inkişafının nəzəri əsasları Heydər Əliyev dühasının məhsuludur. XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın da ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu milli dövlətçilik institutunu formalaşdıracaq lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Məhz, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
“Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür” mövzusnda dəyirmi masa keçirilibÜmummilli lider Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və tarixi öz əməlləri ilə yazıb. Vətən müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin qələbəsidir – deyə, professor vurğuladı.
Sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, tədbirdə qonaq qismində iştirak edən birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Bəhram Şeydayev, birinci Qarabağ müharibəsinin iştirakçısı, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Fikrət Nəbiyev, YAP Yasamal rayon Partiya Təşkilatının gənclər təşkilatının sədr müavini Əsmər Nəbiyeva, Vətən müharibəsinin iştirakçısı, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, f.ü.f.d. Radif Mustafayev, institutun şöbə müdiri, f.e.d., Füzuli Qurbanov, Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədağa Sərdarov, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işci, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və digər çıxışçılar ümummilli liderin Qarabağ torpaqlarının azad olunması uğrunda siyasi mübarizəsindən söhbət açıb, Ulu öndərin bu barədə uzaqgörənliklə dediyi fikirləri xatırlatdılar.