19.04.2021, 13:14 - Baxış sayı: 472

Fəlsəfə və Sosiologiya İnstitutunda kitab müzakirəsi keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda kitab müzakirəsi keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fələsəfəsi” şöbəsi tərəfindən nəşr olunmuş “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” adlı monoqrafiya (İnstitutun şöbə müdirləri f.e.d.Füzuli Qurbanov və t.e.d.Eynulla Mədətlinin həmmüəllifliyi ilə), “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” toplu (topluda müdirk siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılır) və “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarovun “Mahir siyasətçi, müdrik rəhbər” (məqalələr və xatirələr - Bakı. 2020. 222 səh.) adlı kitabların müzakirəsi keçirilib.
Tədbirdə çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin uğurlu fəaliyyətindən danışaraq bildirib ki, ötən il ərzində şöbə əməkdaşları çox məhsuldar çalışmışlar. Bu gün müzakirəsini keçirdiyimiz hər üç kitab böyük zəhmət bahasına ərsəyə gəlmişdir və bu da əməkdaşların uğuru sayılmalıdır. Kitablar haqqında yüksək fikir söyləyən professor bu kimi nəşrlərin davamlı olmasını vurğulayıb. Həmçinin bu kitabların cəmiyyətdə yayılmasının vacibliyi və xüsusən də xarici dillərə tərcümə edilərək nəşr olunmasını qeyd edib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli xoş sözlər üçün İlham Məmmədzadəyə minnətdarlığını bildirərək, kitabların ideyası və ərsəyə gəlməsi barədə danışıb. Şöbənin fəaliyyəti və gələcək planları barəsində məlumat verən E.Mədətli bu istiqamətdə işlərin davam etdiyini və növəbti nəşrlərin olacağını bildirdi.
Sonda f.e.d., Ziba Ağayeva, f.ü.f.d., Əli İbrahimov, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov, f.ü.f.d., dosnet Faiq Ələkbərov, f.e.d., Əlikram Tağıyev və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək nəşr olunan kitablar haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.
Fəlsəfə və Sosiologiya İnstitutunda kitab müzakirəsi keçirilib