12.04.2021, 13:52 - Baxış sayı: 592

“Nizami irsinin fəlsəfi problemləri” mövzusunda konfrans keçirilib


“Nizami irsinin fəlsəfi problemləri” mövzusunda konfrans keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Nizami irsinin fəlsəfi problemləri” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək konfransın “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında keçirldiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
İ.Məmmədzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi fəlsəfəsinə diqqət çəkərək Qərb və Şərq fəlsəfə tarixində Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı aparılan tədqiqatlarda onun zəngin irsinin hələ də elmi araşdırmalarda öz əksini tapdığını və bundan sonra da onun filosof simasını tam təsvir etmək üçün geniş tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.
Sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli “Nizami Gəncəvinin milli kimliyi məsələsinə İranda münasibət”, Atatürk Universitetinin professoru, f.e.d., Kerem Karabulud “Şer ve edebiyyatın cevheri: Nizami Gəncəvi”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Nizami Gəncəvi yaradıcılığında reallıq və mistika”, f.e.d., prof. Rəbiyyət Aslanova “Nizami Gəncəvinin tarixi-fəlsəfi irsində ideal dövlət ideyası”, Əlcəzair Milli Araşdırma Mərkəzinin direktor müavini, prof. Zaim Xənçələvi “Ərəb tədqiqatçılarının Nizami irsinə marağı: bəzi nümunələr”, Mixail Dragomanov adına Milli Pedaqoji Universitetinin Ukrayna ədəbiyyatı kafedrası , filologiya.e.d., prof. Tatyana Bıkova “Sözlər boyudunun Nizami Gəncəvininpoetik mirasının fəlsəfəsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Rəfiqə Əzimova “Bəşəri ruhun işığını gələcəyə yönəldən dahi”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri , f.e.d., professor Adil Əsədov “Nizaminin Xəmsəsi ətrafında fəlsəfi improvizasiyalar: İsgəndərnamə”, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin professoru Tair Maxamatov “Nizami və Nəvai yaradıcılığında türk mədəniyyətinin təşəkkülü”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.ü.f.d., dos. Zöhrə Əliyeva və İncəsənət Akademiyasının baş müəllimi Cəmilə Həşimova “Nizami irsində estetik ideal (“Yeddi gözəl” əsəri)”, f.ü.f.d., dos. Faiq Ələkbərli “Nizami Gəncəvinin irsində türklük və insanlıq məsələləri, f.ü.f.d. Firuzə Əliyeva “Nizami Gəncəvinin ictimai-siyasi fəlsəfi görüşləri “İsgəndərnamə” poeması kontekstində” mövzusunda məruzə ilə çıxış etmişlər.