31.03.2021, 12:45 - Baxış sayı: 754

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib


31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn anım tədbiri keçirilib. Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirildiyini bildirib: “Ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin nəticəsində minlərlə soydaşımızın şəhid olduğunu, yüz minlərlə insanın öz ata baba yurdlarını tərk etmək məcburiyyətində qaldığını, kənd və şəhərlərin talan edildiyini, bolşevik-daşnak qüvvələri Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə dinc əhaliyə qarşı kütləvi soyqırımlar təşkil etmələri onların mənfur xislətlərini aydın göstərmişdir” - deyə, İlham Məmmədzadə tariximizdə olan belə hadisələri unutmayaraq gələcək nəsillərə ötürməyin vacibliyini qeyd edib.
Sonra konfransda institutun əməkdaşlarından f.e.d., Füzuli Qurbanov, f.ü.f.d., Faiq Ələkbərov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, f.ü.f.d., Radif Mustafayev, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.ü.f.d. Davud Həşimov, f.e.d., professor Əlikram Tağıyev, f.e.d. Rəfiqə Əzimova öz çıxışlarında tarixi faktlara istinad edərək ermənilərin ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımdan ətraflı bəhs etdilər.