"Elm günü"nə və Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Elm günü"nə və Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş “Qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi-qnosoloji əsasları və tətbiqi kriteriyaları” adlı beynəlxalq onlayn konfrans keçirilib.
Konfrasda “Tənqidi rasionalizmin elm fəlsəfəsinin fəlsəfi-qnoseoloji əsaslarının formalaşmasında rolu” mövzusunda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə hər sahədə olduğu kimi elmdə də qloballaşma prosesinin getdiyini və milli fəlsəfənin qloballaşan dünya ilə ayaqlaşmalı olduğunu bildirib: “Qloballaşma deyəndə heç də tarixin və ya hansısa mövcud ideologiyanın sonu demək deyil. Filosoflar elmdə gedən bu proseslərdə fəlsəfi baxışın ön plana keçməsi məsələsi ətrafında geniş düşünməli və bunun yollarını göstərməlidirlər. Məhz bu proseslərdə milli fəlsəfə özünü tapmalıdır, fəlsəfi baxış ön plana keçməlidir, bunu düşünmək lazımdır” – deyə İlham Məmmədzadə vurğulayıb.
Sonra f.e.d. professor Arif Buniyatov “Qeyri-səlis məntiq konsepsiyasının formalaşmasında elm fəlsəfəsinin”, f.e.d. Füzuli Qurbanov “XX əsrin II yarısında Qərb elmində meydana cixan yeni konsepsiyaların müqayisəli təhlili”, f.e.d.professor Əli Abasov “Qeyri-Səlis məntiq nəzəriyyəsinin inkişafında post qeyri-klassik və qeyri-klassik təfəkkür tərzinin məntiqi metodoloji xüsusiyyətləri”, f.e.d. professor Əbülhəsən Abbasov “Qeyri-səlis məntiq postneoklassik epistomologiyanin tərkib hissəsi kimi”, f.e.d. Afaq Rüstəmova “Lütfi Zadənin qeyri-səlis çoxluqlar və linqvistik dəyişənlər nəzəriyyəsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Pərvinə Yusifova “Neopozitivist fəlsəfə: formal deduktiv sistemlərin məntiqi -metodoloji təhlili” mövzu ilə bağlı çıxış edib, fikirlərini bölüşüblər.