“Cənubi Qafqazda postkonflikt dövrünün yeni düzən fəlsəfəsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib

Azərbaycan o dövlətlərdəndir ki, öz mövqeyində xalqların müqəddaratlarının önəmini toleriant və mültikulturlizm ənənlərinədə artıq təsdiq edib. Bu gün Azərbaycanın dünyaya örnək olan təcrübəsini öyrənmək və tətbiq etmək mütərəqqi konsepsiya kimi cox önəm kəsb edir. Bu siyasətin kökündə dayanan birgəyaşayış inkişaf üçün yeganə düzgün yol olduğunu inkar etmək mümkün deyil. Ona görə də Ermənistanın işğalçı timsalında Qafqaz regionunda münaqişənin həll olunmamasında maraqlı dövlətlərin fəaliyyətsizliyi və onun acı nəticələrini bir çox dünya dövlətləri etiraf etməkdə və onu qınaq obyektinə çevriməkdə tam haqlıdırlar - deyə İlham Məmmədzadə qeyd edib.
Çıxış edən Silkvay Beynəlxalq Universitetinin elm və innovasiya üzrə prorektoru, fəlsəfə doktoru Bibol Jakipbayev konfrans iştirakçılarını salamlayaraq, mövzu ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Sonra siyasi.e.ü.f.d. Asif Usubaliyev “Siyasi strategiya və milli prioritetlər: formalaşan yeni geosiyasi reallıq kontekstində”, Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut “Qarabağ Zəfərinin Türkiyə - Azərbaycan və bölgə baxımından sosial-iqtisadi analizi”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Füzuli Qurbanov “Postmünaqişə mərhələsində Cənubi Qafqazda regional təhlükəsizliyin perspektivləri”, Çeçenistan Respublikası akademiyasının akademiki, Vahid Akayev “Cənubi Qafqazdakı qarşıdurmadan sonrakı vəziyyət: sabit bir millətlərarası dünyanın formalaşması, mədəniyyətlərarası münasibətlər və insan hüquqularının təmin edilməsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Afaq Rüstəmova “44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq”, Genuya Universitetinin professoru Qudio Amoretti “Müharibədən sonrakı təcridin psixoloji nəticələri”, Kassino Universiteti Cənubi Latsionun professoru Allesandro Fiqus “Siyasi keçid”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Rəfiqə Əzimova “Multikulturalizmin kosmoplanetar mahiyyəti”, Bolqarıstan Elmlər Akademiyasının Cəmiyyət və Elmin Tədqiqi İnstitutunun “Sosial nəzəriyyələr, strategiyalar və proqnozlar” şöbəsinin müdiri Boqdana Todorova “Cənubi Qafqazda birgə fəlsəfi nizam”, Əlcazir Milli Araşdırma Mərkəzinin direktor müavini Zaim Xənşləvi “Azərbaycan Multikulturalizmi dünyada birgə yaşamaq modeli kimi”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri f.ü.f.d., Zöhrə Əliyeva “4-cü sənaye inqilabının Qarabağ üfüqləri: İşğaldan azad olunmuş torpaqlarımızda ağıllı şəhərlər”, Azərbaycan İncəsənət Akademiyasının əməkdaşı Cəmlə Həşimova “Qədim Albaniyanın oğurlanmış tarixi”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., Eynulla Mədətli “Azərbaycan Vətən müharibəsində İranda münasibət və postmüharibə əməkdaşlığı”, Məhəmməd Asif Nur “Azərbaycan Pakistan münasibətlərinin yeni perspektivləri”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinin müdiri, f.e.d., professor Adil Əsədov “Cənubi Qafqaz və onun 9 Tale Qurucusu”, Siyasi e.ü.f.d. Anar Bağırov “Geopolitika və ideologiya”, Təl-Əviv Universitetinin porfessoru Vladimir Masemed “Münaqişədən sonrakı dövrdə İran-Azərbaycan dialoqu”, Hollandiya Azərbaycan Türküstan Mərkəzinin direktrou, f.e.d. Mehmet Tütünçü “Avropada Qarabağ müharibəsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, f.e.f.d., dosent Şölət Zeynalov “Postmüharibə dövründə sülh və təhlükəsizliyin problemi”, siyasi e.ü.f.d. Şahin Bağırov “Cənubi Qafqazda təhlükəsizlik problemlərinin yeni konfiqurasiyası”, f.e.d., professor Sakit Hüseynov “Cənubi Qafqazda regional təhlükəsizliyin təmin edilməsi və davamlı inkişaf perspektivləri”, Siyasi e.ü.f.d., dosent Sənan Həsənov “Dağlıq Qarabağ münaqişəsi tarixdir”, f.ü.f.d., donsent Məhəmməd Cəbrayılov “Müasir geosiyasi şəraitdə dünya nizamının Cənubi Qafqazda təsiri və Azərbaycan postkonflikt mərhələsi”, f.ü.f.d. Təzəgül Qasımova “Postmüharibə dövründə etika və siyasət”, f.ü.f.d. Davud Həşimov “Postkonflikt dövründən sonra Azərbaycan hərbi təhlükəsizlik modeli”, Zaur Sadıqbəyli “1723-cü ildən 1924-cü ilə qədər Cənubi Qafqazdakı geosiyasi inkişafdakı tarixi paralellər” və f.e.d. Saysenbay Kudasov “Münaqişədən sonrakı dövrdə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivləri” mövzusunda çıxış etmişlər.