26.02.2021, 13:16 - Baxış sayı: 546

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib


Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilibXocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn anım tədbiri keçirilib. Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli Xocalı sıyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu bildirib: “Şübhəsiz ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı bizim tariximizin elə bir hadisəsidir ki, bu ömür boyu yaddaşlarda oturmalı, saxlanılmalı və gələcək nəsillərə ötürülməlidir. Çünki Xocalı faciəsini doğuran səbələrdən biri məhz bizim tarixi yaddaşımızda həmin dövrə qədər ermənilərin müxtəlif vaxtlarda və illərdə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardır. Bu mənada Xocalı daim bizim tarixi yaddaşımızda yer almalıdır. Cənab prezident İlham Əliyev bu gün Xocalı ilə bağlı öz tvitter hesabında qeyd edibdir ki, “ruhlar ölməz, ədalət itməz”, yəni bir vaxt gələcək ədalət bərpa olunacaq.
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlar öz sözlərini deməlidirlər. Düzdür, bir çox ölkələr Xocalını soyqırım kimi tanıyıblar. Lakin düşünürük ki, Xocalı soyqırımı beynəlxalq səviyyədə hüqquqi qiymətini hələ almayıb. Almış olsyadı, o zaman günahkarlar da cəzalandırılmış olardılar.
Əlbəttə, bu il biz daha fərqli şəraitdə Xocalı qurbanlarının xatirəsini yad edirik. Çünki 44 günlük müharibədə müzəffər Ali Baş Komandanımızın komandanlığı altında biz torpaqlaırmızı işğaldan azad etdik. Bu mənada Xocalı şəhidlərinin ruhları müəyyən qədər şaddır. Amma o zaman tam şad olacaq ki, o cinayəti tərədənlər öz layiqli cəzalarını almış olsunlar”.
Daha sonra f.e.d. Afaq Rüstəmova, f.e.d. Füzuli Qurbanov, f.e.d. Rəfiqə Əzimova, f.e.d., professor Adil Əsədov, s.e.ü.f.d., dosent Sənan Həsənov, institutun direktor müavini Qabil Camalov, f.ü.f.d., Hüseyn İbrahimov, f.ü.f.d. Məhəmməd Cəbrayılov və f.ü.f.d. Adil Qurbanov çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətilam və soyqırımlardan danışmış və işğaldan azad edilmiş torpaqlarımızda, xüsusən Xocalıda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş muzey, açıp şəhər məzarlığının və s. abidələrin qurlmasının vacibliyini önə çəkmişlər.