23.02.2021, 12:25 - Baxış sayı: 603

Professor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib


Professor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edibQazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Abilay Xan adına Qazax Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinin təşkilatçılığı ilə fəlsəfə elmləri doktoru, professor Bulekbayev Saqadi Bayuzakoviçin 75 illiyinə həsr olunmuş “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual probleməri” adlı onlayn beynəlxalq elmi praktiki konfrans keçirilib.
Konfransın açılışında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə iştirakçıları salamlayaraq, Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin bundan sonra da genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Konfransın işinə uğurlar arzulayan İlham Məmmədzadə “Qloballaşma şəraitində sosial elmlərin problemləri” mövzusunda çıxış etmişdir.
Həmçinin institutun şöbə müdiri f.e.d., professor Sakit Hüseynov “Müasir beynəlxalq münasibətlərdə davamlı inkişafın prespektivləri” və beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktoru Zöhrə Əliyeva “İctimai-humanitar elmlərin fəlsəfi problemləri” mövzusunda məruzə ilə çıxış etmişlər.
Professor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib