12.02.2021, 12:35 - Baxış sayı: 565

İlham Məmmədzadə SABAH Karyera Qış məktəbinin təşkili etdiyi onlayn dərsdə mühazirə oxuyub


İlham Məmmədzadə SABAH Karyera Qış məktəbinin təşkili etdiyi onlayn dərsdə mühazirə oxuyub2021-ci ildə SABAH-ın məzunu olacaq tələbələrin peşəkar inkişafına dəstək məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində SABAH Karyera Qış məktəbi keçirilir.
12 fevral tarixində "Microsoft Teams" platforması üzərindən təşkil edilən Qış məktəbinin onlayn dərsində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Gənc mütəxəssislərin elmə yiyələnmək problemi: dünyada və Azərbaycanda- müqayisəli təhlil” mövzusunda tələbələrə mühazirə oxuyub.
İlham Məmmədzadə mühazirəsində elmi karyeranın xaricdə və ölkəmizdə müqayisəli təhlilini apararaq tələbələrə geniş məlumat verib. Professor qeyd edib ki, Azərbaycan elmində gənclərimizin çox olmasını istəyərdik. Çünki elmdə qocalma prosesi gedir. Buna görə də gənclərimiz bu sahəyə həvəs göstərib, dərin elmə yiyələnməlidirlər.
Qədim filosoflardan, onların elmi fəaliyyətindən nümunələr çəkərək, elmin bütün dövrlərdə dəyərli olmasını və cəmiyyətdə lokomotiv rolunu oynadığını tələbələrin diqqətinə çatdırıb.
Elm yolunu seçən tələbələr üçün bir çox həvəsləndirici məqamlara toxunan İlham Məmmədzadə vurğulayıb ki, gənclərimizin elmə maraq göstərməsi onların özlərinin elmi inkişafı ilə yanaşı, ölkəmizin elm sahəsində qabaqcıl ölkələrin sırasına daxil olacağını bildirib.
İlham Məmmədzadəni diqqətlə dinləyən tələbələr, maraqlı və həvəsləndirici mühazirə üçün ona öz minnətdarlıqlarını bildiriblər.