02.02.2021, 12:58 - Baxış sayı: 701

“Zəfər Tariximizdə Gənclərin Rolu” mövzusunda onlayn konfrans keçirilib


“Zəfər Tariximizdə Gənclərin Rolu” mövzusunda onlayn konfrans keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “2 Fevral Gənclər Günü”nə həsr olunmuş “Zəfər Tariximizdə Gənclərin Rolu” mövzusunda onlayn konfrans keçirilib.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə bu gün münasibəti ilə gəncləri təbrik edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini xüsusi vurğulamışdır. Aparılan uğurlu siyasətin nəticəsində dövlətçiliyə bağlı, vətənpərvər, geniş dünyagörüşlü gəncliyin yetişdiyini qeyd edib.
Fəlsəfə və Sosiologiya İnstitutunun gənc alimlərinin fəaliyyəti haqqında danışan İ.Məmmədzadə bildirib ki, onlar elmi məqalələri ilə yerli və xarici jurnallarda çıxış edir, respublika və beynəlxalq əhəmiyyətli konfranslara qoşulurlar. Çox perspektivli gənc alimlərimiz var və onların gləcəyinə böyük ümidlər bəsləyirik – deyə, professor vurğulayıb.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tar.e.d., Eynulla Mədətli, Fəlsəfə və Sosiologiya İnstitutu YAP Ərazi Partiya Təşkilatının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, aparıcı elmi işçilər, f.ü.f.d. Radif Mustafayev və f.ü.f.d. Şölət Zeynalov çıxış edərək gənclərin hər sahədə öndə olduqları barədə, xüsusən də Vətən Müharibəsində qələbənin təmin edilməsindəki xidmətlərindən danışıblar.
Sonra YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini, Azərbaycan Texniki Universitetinin doktorantı Əsmər Nəbiyeva, Fəlsəfə və Sosiologiya İnstitutun şöbə müdiri, s.e.ü.f.d. Günel Məlikli “2 fevral – Azərbaycan gəncliyinin şərəfli bayramıdır”, Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayeva “Şanlı tarix yazan Azərbaycan gəncliyi”, Fəlsəfə və Sosiologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Humay İsayeva “İctimai-siyasi proseslərin gənclərin inkişaf dinamikasina təsiri”, Məntiq şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva “Tariximizi dəyişən böyük qələbəyə aparan yolda gənclərimizin rolu”, Müasir siyasətin fəlsəfəsi şöbəsinin kiçik elmi işçisiToğrul Salmanzadə “Zəfər tarixinə gedən yolda gənclərin milli kimlik inşası”, Davamlı inkişafın fəlsəfəsi şöbəsinin kiçik elmi işçisi Hafizə İmanova “Vətən müharibəsinin Azərbaycan gəncliyinə verdiyi töhfə” və İdrak nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Ülvi Məmmədov “Milli birliyimizdə gəncliyin gücü” mövzusunda çıxış etmişlər.