29.01.2021, 13:25 - Baxış sayı: 675

“Qələbə və Cənubi Qafqazın yeni geosiyasi reallıqların fəlsəfəsi” adlı onlayn konfransı keçirilib


“Qələbə və Cənubi Qafqazın yeni geosiyasi reallıqların fəlsəfəsi” adlı onlayn konfransı keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Qələbə və Cənubi Qafqazın yeni geosiyasi reallıqların fəlsəfəsi” adlı onlayn respublika konfransı keçirilib. Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni fəlsəfi və geosiyasi prizmadan təhlil edib. Alimin fikrincə Azərbaycan ağıllı güc anlayışında özünü təsdiq etmiş ölkədir və coğrafi və infrastruktur nöqteyi-nəzərdən isə bu gün regionda əsas tərəfdaş rolunda çıxış edir.
Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycanın Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısının olduğunu deyən professor qeyd edib ki, bu Cənubi Qafqazda ən böyük sabitlik adası kimi Azərbaycanın reallaşdırdığı layihələrin nəticəsində mümkün olmuşdur.
Azərbaycanın apardığı uğurlu strategiyanın nəticəsində güclü iqtisadi bazanı yaratmaqla vahid ideologiyanın və qüdrətli hərbi potensialın formalaşmasını tam mənası ilə şərtləndirmişdir. Bununla da Azərbaycan nəinki regionda, dünya dövlətləri icərisində öz qüdrətini təsdiq edib – deyə İlham Məmmədzadə bildirib.
Sonra elmi işlər üzrə direktor müavini, tar.e.d., Eynulla Mədətli “Vətən müharibəsində qələbəmizin tarixi-fəlsəfi dərki”, “Sosiologiya” şöbəsinin müdiri, f.e.d., Rəfiqə Əzimova “Müasir cəmiyyət multikulturalizm prizmasından”, “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov “Cənubi Qafqazda yeni geosiyasi dinamika və regional əməkdaşlıq formatı”, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Faiq Ələkbərov “Qarabağ zəfərindən sonra dünya azərbaycanlılarının yeni yol xəritəsi”, “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov “Cənubi Qafqazda təhlükəsizlik probleminə yeni baxış”, “İnformsiya cəmiyyətinin fəlsəfəsi” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Müasir geosiyasi şəraitdə Cənubi Qafqazda Azərbaycanın yartadığı reallıqlar: siyasi təhlil”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, doset Sənan Həsənov “Xəzəryanı bölgədə geosiyasi reallıqlar və Azərbaycan”, “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Ağasəlim Həsənov “Birgəyaşayış etnik-dini separitizmə qarşı: Azərbaycan və və Ermənistan reallıqları”, “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsi, elmi işçisi Sevinc Quliyeva “Vətənpərvərlik dövlətçiliyin təməlidir”, “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin kiçik elmi işçisi Salmanzadə Toğrul “Azərbaycanın Qələbəsi və Cənubi Qafqazda yeni geostrateji imkanlar” və f.e.d., professor Sakit Hüseynov “İşğaldan azad olunmuş ərazilərdə davamlı inkişaf perspektivləri ” mövzusunda çıxış etmişlər.