22.01.2021, 13:20 - Baxış sayı: 561

Fəlsəfə və Sosiologiya İnstitutu ilə Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutu arasında saziş imzalanıb


Fəlsəfə və Sosiologiya İnstitutu ilə Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutu arasında saziş imzalanıbBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasının Sülh və Diplomatik Araşdırmalar İnstitutu ilə elmi əlaqələrin inkişafı yönündə onlayn saziş imzalama mərasimi keçirilib.
Görüşdə Fəlsəfə və Sosialogiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədazadə qonaqlara Pakistan Respublikasının Azərbaycanla yaxın dostluq əlaqələrinin qurulmasından və qardaşlıq dəstəyindən danışdı. Sonra institutun fəaliyyəti haqqında məlumat verən professor, qeyd etdi ki, bizim əməkdaşlar mütəmadi olaraq sizin jurnallarla əməkdaşlıq edirlər. Bu əməkdaşlıqdan çox məmnunuq və düşünürəm ki, imzalanacaq bu sazişdən sonra əməkdaşlığımız daha da genişlənəcəkdir.
Pakistan Azərbaycan Gənclər Forumunun prezidenti, «Diplomatic Insight» jurnalının baş redaktoru Məhəmməd Asif Nur öz çıxışında Azərbaycanı Vətən Müharibəsində zəfər qazanması ilə bağlı təbriklərini çatdırdı. Pakistan hər zaman Azərbaycanla qardaş ölkə olduğunu vurğuladı. Sülh və Diplomatik Araşdırmalar İnstitutu AMEA Fəlsəfə və Sosialogiya İnstitutu ilə imzalanacaq sazişin birgə elmi əməkdaşlığa böyük töhfələr verəcəyini qeyd etdi.
Sülh və Diplomatik Araşdırmalar İnstitutunun prezidenti Fərhad Asif çıxış edərək AMEA Fəlsfə və Sosiologiya İnstitutu ilə əməkdaşlıqda olduqca maraqlı olduqularını və azərbaycanlı alimlərin məqalələrinin öz jurnallarında görməkdən məmnunluq duyduqlarını bildirdi.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə director müavini t.e.d. Eynulla Mədətli, f.e.d., professor Sakit Hüseynov, f.ü.f.d, dosent Zöhrə Əliyeva, doktorant Hafizə İmanova çıxış edərək imzalanmış bu sazişin birgə elmi əməkdaşlıq sahəsində müsbət irəliləyişlərin olacağını və hər iki ölkənin elminə töhfə verəcəyini qeyd etdilər.