06.01.2021, 18:13 - Baxış sayı: 572

Azərbaycan reallıqları elmi tədqiqatlarda yeni baxışların formalaşmasına yol açıb


Sənan Həsənov
Yeni Azərbaycan Partiyasının Fəlsəfə və Sosiologiya İnstitutu üzrə
Ərzi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru,
doset, aparıcı elmi işçi

Azərbaycan elminin qarşısında duran vəzifələr ictimai-siyasi və sosial proseslərdəki yeni reallıqların daha dərin təhlilini ön plana cıxarır. Müstəqillik illərindən bəri bir necə mərhələdən keçən ictimai düşüncə tərzi göstərdi ki, cəmiyyətin təlabatına çevrilən elmi yanaşma xüsusi olaraq ictimai elmlər qarşısında məhsuldar fəaliyyətə yol acıb. Çünki, nəzəri və praktiki biliklər sisteminin qaşılıqlı fəaliyyət mexanizmini cəmiyyətimiz bir proses olaraq özünün zəruri ehtiyacına cevirmişdir. Xüsusilə Azərbaycan cəmiyyətində intellektin sosial transformasiyaya çevrilməsi prosesi son illərdə yeni fikir axınını, praqmatizmə əsaslanan yeni düşüncə modelini daxili sosial təlabat olaraq qəbul edir. Bu təlabat həm də XXI əsr insanının təfəkküründə Azərbaycanın yanaşma tərzi kimi reallığı üzə çıxarmışdır. 2020-ci ildəki proseslərə nəzər salarkən aydın olur ki, indi ictimai elmlərin üzərində böyük məsuliyyət dayanır. Əgər informasiya texnologiyaları düşüncələrdə sürətli hərəkət mexanizmi yaradıbsa bu hərəkətin cəmiyyətə tətbiqi, şüurların proseslərə çevik və ağlın gücü ilə yanaşması məsələsi eyni vaxtda təhlilə cəlb edilməlidir. Proses elə bir çeviklik tələb edir ki, hətta əlaqələrin təhlilində baş verən zaman fərqi özü mənfi tendensiyaya səbəb ola bilər. Vətən müharibəsi müasir mərhələdə bu prosesin cox vacib elementi olaraq dərk edilməlidir. Müharibənin müasir hərbi silahlarla aparılması ilə yanaşı xalqın təfəkkür tərzində ideoloji inqilab baş verdi. Cənab Prezidentin dünya qarşısında ortaya qoyduğu iradə xalqın şüurlu şəkildə istədiyi daxili tələbatla eyni vaxtda vahid milli ideyaya çevrildi. Əslində Azərbaycan xalqı dünyadaya etdiyi çağırışlarla eyni vaxtda dövlətçilik şüurunun dərki mərhələsini tam zamanında keçmişdir. Bax, bu prosesdə milli liderin iradəsi içtimai elmlərin cəmiyyətdə hərəkətverici rolunu önə çıxardı. Bu gün güclü dövlət anlayışı siyasi nəzəriyyəcilərin ən çox müzakirə etdikləri problemlərdəndir. Ona olan müxtəlif yanaşmalar, fərqli baxışlar təbii ki, hər zaman olduğu kimi yenə də var. Lakin qlobal məkanda Azərbaycan siyasi mühiti, ictimai şüuru elmə yeni bir istiqamət gətirdi. Bu istiqamət onu təsdiq edir ki, güclü dövlət anlayışı nisbi deyil, mütləq mahiyyət daşıyir, siyasi liderin iradəsinin məhsuludur. Onun səmərələliyi xalqın malik olduğu potensialın şüurlarda olan legitimliliyi ilə müəyyənləşir. Deməli ictimai fikir, sosial institutlar, elmi əsaslanmalara söykənən fikir axını bilavasitə bu anlayışın dərk olunması, konkret hədəflərin müəyyənləşdirilməsi ücün xüsusi nəzəri bazanı təşkil edir. Ölkəmizdə bir sıra elmi tədqiqat institutları fəaliyyətdədir. Onlar içərisində öz işini günün tələblərinə uyğun quran təşkilatlar faydaları ilə cəmiyyət tərəfindən öz qiymətini alır. Son illərdə ictimai-siyasi mühitimizdə baş verən dəyişikliklər bu tələblərdən irəli gələn vəzifələrin böyük bir qisminin Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən istiqamətləndirilməsi məsələsini aktuallığa çevirmişdir. Azərbaycan elminin qarşısındakı vəzifələrin strateji istiqamətləri yeni reallıqların yeni şəraitdəki nəzəri konseptual dərkini gündəmə gətirərkən fəlsəfə siyasət və sosiologiya elmlərinin birgə yanaşmalarının kompleks fəaliyyətinə bu səbəbdən zərurət yaratmışdır. Buna görə də AMEA-nın Fəlsəfə İnstitutunun bazasında Fəlsəfə və Sosiologiya İnstitutunun formalaşması günümüzün tələblərindən doğan reallıq idi. Bu gün alimlər müharibənin fəlsəfi sosioloji aspektlərini, postmüharibə dövründə şüur məsələsini, milli şüurda ziyalı anlayışını, sosial mediaya ziyalıların təsir imkanlarıni və digər önəmli missiyanı təhlil edərkən “bir yumruq” ətrafindakı birliyin qələbə rəmzinə çevrilməsinin mahiyyətini, onun uğurlu nəticələrini elmi şəkildə xalqa çatdırmaq missiyasını qarşıya qoymağa əsla nail olmuşlar. Buna görə də 2020-ci ildə Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri öz fəaliyyətlərində Prezident İlham Əliyevin cağırışlarından irəli gələn tələblərin ideoloji bazasını elmi tədqiqatlarda paralel olaraq tədqiqat mövzusuna çevrilmişlər.
Məlumdur ki, pandemiya dövründə mövcud reallıqlar həm də xüsusi bir fəlsəfi yanaşmanı gündəmə gətirdi. Dünya dövlətlərinin bir çoxu qabaqlayıcı tədbirlərin görülməsndə laqeyidlik edərkən Azərbaycan dövləti vahid milli konsepsiya ilə, sistemli elmi-nəzəri fəaliyyəti ortaya qoydu, həyata keçirdi. Pandemiya dövründə elektron almanaxın hazırlanması, bu dövrün fəlsəfəsinə dair maariflənmənin təşkili, içtimai şüura təsir etməklə cəmiyyətimizin minimum zərbə ilə vəziyyətdən xilas olması ücün görülən tədbirlərin ictimiyyata çatdırılması ziyalılarımızın ümdə vəzifəsinə çevrilmişdir. Bu baxımdan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda yerinə yetirilən elmi tədqiqat işləri dövlət proqramları çərçivəsində xüsusilə Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin və AMEA Rəyasət heyətinin 7/9 mart 2019-cu il “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə Strateji yol xəritələrində qoyulmuş vəzifələrin icrası üzrə AMEA-nın 2019-2020-ci illərə dair Tədbirlər planı” haqqında qərarını təmin etmək məqsədilə həyata kecirilməsinin fəlsəfi sosioloji və siyasi tərəflərinin tədqiqini ayrıca istiqamət olaraq qarşıya qoymuşdur. Təsadüfi deyil ki, çap olunmuş bir sıra elektron toplular ölkəmizin 2020-ci ildə COVOD-19 infeksiyasının qarşısının alınmasına dair mövcud konsepsiyasının elmi tərəflərinin və fəlsəfi mahiyyətinin araşdırılmasına həsr edilmiş əhatə baxımından çox əhəmiyyətli problemlərin tədqiqini həyata kecirmişdir. Çünki, günümüzün reallıqlarından irəli gələn vəzifələr həm də elmi tədqiqat işlərində əldə olunmuş biliklərin təhsillə əlaqləndirillməsini ayrıca bir istiqamət olaraq zəruri edirdi. Elə bu yanaşma institut alimlərinin 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin verdiyi bir cox Fərman və Sərəncamların icrası ilə əlaqədar fənlərarası yanaşmanın metodlarina, prinsiplərinə dair təhlillərini önə çıxardı.
Məlumdur ki, dövlətçilik şüurlarda fəlsəfənin vasitəsi ilə dərk edilir. Azərbaycanın dövlətçilik təcrübəsinə dair tədqiqatlarda araşdırılan məsələlərin effektliyi ondadır ki, ictimai elmlər nəzəriyyə ilə praktikanın bütövlüyünü, ideya və ideologiyaların mahiyyətini dərk edərkən, yeniliklər fonunda düşüncələrimizin universallığını ehtiva etməlidir. Buna əsasən də deyə bilərik ki, Azərbaycan dövlətçiliyinin ideoloji istiqamətlərin elmi araşdırılma mövzusuna çevrilməsi istiqamətində institutun uğurlu fəaliyəti nəzərə çarpacaq dərəcədə sistemləşdirilmişdir. Təbii ki, burada işğüzar elmi mühitin formalaşması da vacib məqamlardan biridir.
Bütün bunların daha effektli olması ücün sosiologiya elminin ictimai həyatımızda cəmiyyətdaxili münasibətlərdə baş verən və verə biləcək proseslərin elmi formullarınıın öyrənməsindəki rolu önəm kəsb edir. Ona görə də Fəlsəfə və Sosiologiya İnstitutunun bu gün qarşısındakı vəzifələrindən biri də sosiologiyanın siyasi münasibətlərdəki rolunu önə çəkmək onun təsir imkanlarının elmi mənzərəsini vermək olmuşdur. Cəmiyyətimizin reallıqları onu göstərir ki, siyasi sistemin tamlığında təkcə siyasi partiyalar deyil, bütün ictimai təşkilatların cəmiyyət üçün faydası, məqsəd və məramları təhlil edilməlidir. Bu zaman siyasi elmin imkanları çərçivəsində sosioloji biliklərin əldə olunmasına zərurət yaranır. Bunun elmi əsası ondan irəli gəlir ki, Azərbaycanın gələcəyini formalaşdıran şüur Azərbaycanın modernləşmə xəttindən və Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş "Azərbaycançılıq" ideologimasının inkişafının nəticəsi olan təfəkkür tərzindən doğur. Azərbaycançılıq müasir Azərbaycanın fəlsəfi-ictimai doktrinasının sosio-mədəni və etnik, geopolitik cəhətlərini özündə əks etdirməsi elmi konsepsiya olaraq nəzəriyyə ilə praktikanın vəhdətində inkişafa nail ola bilər.
2020-ci ildə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi fəaliyyətinin yekunları ilə tanışlıq onu göstərir ki, institutda fəlsəfi, sosiloji tədqiqatlarla yanaşı həm də ölkəmizin siyasi həyatına dair vacib ideoloji elmi təqdiqatlar aparlmaqdadır. Prezident İlham Əliyevin irəli sürdüyü inkişaf konsepsiyasından irəli gələn çağırışlara dəstək verən fikirlər, onlayn tədbirlər siyasi sistemin ideoloji əsalarının dərindən təhlilini qarşıya qoyur. Bu istiqamətdəki əməli fəaliyyətin elmi müstəvidə analiz edilməsi onun uğurlu nəticələrinin təlqin edilməsinə dair fundamental tədqiqatların həyata keçirilməsi, postmüharibə dövründə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqların inkişaf və tərəqqiyə səbəb olmasını sübut etmək üçün münbit elmi zəmin yaratmışdır. İnanıram ki, ölkəmizin alimləri dövlətçiliyimizin inkişafı naminə qarşıdakı illərdə də daha məhsuldar fəaliyyətləri ilə Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklər.