İDRAK NƏZƏRİYYƏSİ


    Şöbə 1974-cü ildə yaradılıb. Əvvəlcə, adı “Dialektik materializm və təbiətşünaslığın fəlsəfi məsələləri” olub. Sonra elmin metodologiyası ilə bağlı ad qoyulub. Son bir neçə ildə “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” adı altında fəaliyyət göstərib. Hazırda “İdrak nəzəriyyəsi” şöbəsi adlanır.
    Əsas elmi fəaliyyət istiqamətləri idrak nəzəriyyələri və elmin fəlsəfəsinin aktual problemləri ilə bağlıdır. Müasir mərhələdə idrak nəzəriyyələrinin fəlsəfi analizi şöbənin əsas tədqiqat istiqamətidir. Bununla yanaşı, müasir elmi istiqamətlər. onların nəzəri-tətbiqi özəlliklərinin fəlsəfi analizi, elm və texnikanın fəlsəfi problemləri, fənlərarası yanaşmanın metodoloji xüsusiyyətləri şöbədə araşdırılır.
    Şöbədə 2 elmlər doktoru, 5 nəfər isə fəlsəfə doktoru çalışır. Elmlər doktorları: Qurbanov Füzuli Məhəmməd oğlu (şöbə müdiri), Bədəlov Rəhman Ağahüseyn oğlu (baş elmi işçi).
    Fəlsəfə doktorları: Hacıyev Rövşən Sabir oğlu (aparıcı elmi işçi), Nəbiyev Fikrət (böyük elmi işçi), İsmayılov İlham Mahmud oğlu (elmi işçi), Məhərrəmov Söhrab Əfsər oğlu (elmi işçi), Əkbərov Vaqif Maarif oğlu (elmi işçi).
    Digər əməkdaşlar: Hacıyev Fəxrəddin Xanbaba oğlu (elmi işçi), Əsgərova Elba (elmi işçi), İmanov Növruz (elmi işçi), Şəkiyeva Könül (kiçik elmi işçi), Əliyeva Aynur (baş laborant).
    Əməkdaşların elmi fəaliyyətləri:
    1. Qurbanov F.M. (şöbə müdiri): 1990-cı ildən şöbə əməkdaşıdır. 2007-ci ildə şöbə müdiri vəzifəsinə seçilib. 4 monoqrafiya 92 elmi məqalə müəllifidir. Monoqrafiyalar: 1. Sinergetika: xaosun astanasında. Bakı, 2004; 2. Elmə sinergetik yanaşma. Bakı, 2005, 3. Autopoezis və sinergetika: sosial təşəkkül metaforaları. Bakı, 2007; 4. Tarixin “postqərb” mərhələsinə keçid. Risklər, proqnozlar və ssenarilər. Bakı, 2010.
    Monoqrafiyalarında F.Qurbanov sinergetikanın fənlərarası elmi tədqiqat istiqaməti kimi fəlsəfi və metodoloji özəlliklərini təhlil edib. Bütövlükdə müasir elmi idrakda müşahidə edilən yeniləşmə prosesinin fəlsəfi mahiyyətini tədqiq edib. Alınan nəzəri və metodoloji nəticələrin Azərbaycan cəmiyyətinin öyrənilməsinə tətbiqi imkanlarını araşdırıb. Bunlar müasir dünya elmində baş verən proseslərin analizi fonunda təqdim edilir. O cümlədən, Azərbaycan üçün strateji əhəmiyyəti olan problemlərin elmi dərkində sinergetik yanaşmanın verə viləcəyi töhfələr araşdırılır.
Məqalələrində sinergetik yanaşmanın fəlsəfi-metodoloji problemləri tədqiq olunub. Fənlərarası metodologiyanın təşəkkülü özəllikləri təhlil edilir. Hazırda elmi fəaliyyət dairəsini fənlərarası metodoloji yanaşma əsasında cəmiyyətin müxtəlif sahələrinin inkişafı məsələləri, tarixin fəlsəfəsi, folklor, mentalitet, milli təfəkkür, bədii yaradıcılığın fəlsəfi analizi və müasir geosiyasətin nəzəri problemləri təşkil edir. Son zamanlar hazırladığı fənlərarası metodologiya çərçivəsində Azərbaycan tarixi, folkloru və bədii təfəkkürünün fəlsəfi-sinergetik analizinə və modellərşdirmə imkanlarına daha çox diqqət yetirir.
    2. Bədəlov Rəhman (baş elmi işçi): Fəlsəfə İnstitutunda 45 ildən çox müddətdir ki, çalışır. “İdrak nəzəriyyəsi” şöbəsində 10 ildən artıq müddətdir ki, baş elmi işçidir. Şöbəyə gələnə qədər estetika və kültür nəzəriyyəsi ilə məşğul olub. Kitabi Dədə Qorqud eposu üzrə namizədlik və doktorluq dissertasiyasını müdafiə edib. Doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə edib. “Qəhrəmanlıq eposlarında həqiqət və uydurma” («Правда и вымысел в героическом эпосе») adlı monoqrafiyanın müəllifidir.
    “İdrak nəzəriyyəsi” şöbəsində aşağıdakı problemləri araşdırır: qlobal dünyada elmin yeri: sosial-mədəni kontekst, fənlərarası əlaqələr sistemində kulturologiya, qloballaşma dövründə humanitar elmlərin transformasiyası: fənlərarası yanaşma, elmlərin konvergensiyası: müasir dövrdə humanitar elmlərin problemləri, müasir elmi idrak və transhumanizm problemi. Sadalanan problemlər üzrə aşağıdakı məqalələr dərc edilib: “Poststrukturalizmin sosial-mədəni konteksti: Jil Delyoz”, “Hipotez: sosial-mədəni refleksiyaya cəhd”, “Müasir dövrdə” elmi idrakın bir sıra özəllikləri haqqında: sosial-mədəni kontekst”, “Rasionallığın qeyri-klassik idealı və tranzit demokratiya” və s. Bu məqalələr rus dilində işlənib.
Bunlardan başqa, prof. R.Bədəlov AMEA Rəyasət Heyətinin tövsiyəsi ilə Azərbaycan Maarifçiliyinə aid analitik yazıların müəllifidir. O cümlədən, “Həsən Bəy Zərdabi və Azərbaycan maarifçiliyi” adlı məqaləsi şöbənin hesabat toplusunda dərc edilib (2015-ci il).
    3. Hacıyev Rövşən (aparıcı elmi işçi): 2017-ci ildən şöbədə çalışır. 2005-ci ildən Fəlsəfə İnstitutunda çalışır. 5 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir.
    Monoqrafiyalarından biri Almaniyanın Saarbrüggen şəhərində “Lambert Akademik Publikeyşn” nəşriyyatında (“Избранные научные работы») rus dilində çap olunmuşdur. İnsan həyatının mənası problemi, etnos nəzəriyyəsi, tarixi prosesdə yeni qanunauyğunluq axtarışı ilə bağlıdır. Bəşəriyyətin intellektual təkamülünün yaş dövrləşdirilməsi hipotezasını irəli sürüb. Hazırda qloballaşma tarixi prosesin müasir vektoru kimi mövzusunu tədqiq edir.
    4. Nəbiyev Fikrət (böyük elmi işçi): 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşıdır. 2004- cü ildə “Siyasi təfəkkür: cəmiyyətin və təbiətin qarşılıqlı münasibətləri kontekstində” adlı namizədlik dissertasiyasını müdafiə edib. 2017-ci ildən şöbədə böyük elmi işçidir. 60 elmi məqalənin, “Siyasi təfəkkür: cəmiyyətin və təbiətin qarşılıqlı münasibətləri kontekstində”, “Hüquqi təfəkkürün determinantları: təşəkkülü və nəzəri konsepsiyaları”, “Hüquqi təfəkkür: sosial determinantları və dərketmə metodları”, “Hüquqi münasibətlərin tarixi təşəkkülü” adlı monoqrafiyaların, Ulu öndər Heydər Əliyevə həsr edilmiş “Kremli fəth etmiş böyük türk oğlu” adlı kitabın və "Beynəlxalq iqtisadi hüquq” fənni üzrə tədris proqramının müəllifidir.
    İnstitutun Elmi Şurasının 20 dekabr 2010-cu il tarixli iclasında “Hüquqi təfəkkür: təşəkkülü və inkişafının əsas determinantları (hüquqi aspekt)” adlı doktorluq dissertasiya mövzusu təsdiq edilib.
    5. İsmayılov İlham (elmi işçi): 1978-ci ildən şöbədə əməkdaşdır. 25 elmi məqalənin müəllifidir. Elmi maraq dairəsi fənlərarası yanaşma müstəvisində elmi mənzərənin tədqiqat prosesindəki rolunu araşdırmaqla bağlıdır.
    6. Məhərrəmov Söhrab (elmi işçi): 1993 cü ildən İdrak nəzəriyyəsi şöbəsində elmi işçi vəzifəsində çalışır. Bu müddətdə idrak nəzəriyyəsi və elmin fəlsəfəsinə aid eimi tədqiqatlar aparmış, 30-a yaxın məqalə çap etdirmişdir. Son illərdə informasiya cəmiyyəti, internrt və sosiokültür transformasiya mövzularında araşdırmalar aparmışdır. Hazırda İnternet inteqrativ kommunikasiya mühiti kimi: müasir eimi yanaşmalar qovşağında elmi tədqiqat işi üzərində işləyir.
    7. Əkbərov Vaqif (elmi işçi): 1991-ci ildən şöbədə çalışır. Bir neçə elmi məqalənin müəllifidir. Hazırda elmi anlayışların, kateqoriyaların, terminlərin formalaşmasının actual problemlərini fənlərarası metodoloji konsept prizmasında tədqiq edir.
    8. Hacıyev Fəxrəddin (elmi işçi): 1976-cı ildən İdrak Nəzəriyyəsi Şöbəsində işləyir. 1980-ci ildə RF Moskva Fəlsəfə və Hüquq İnstitutu nəzdində İdrak Nəzəriyyəsi ixtisası üzrə aspiranturanı bitirib (elmi rəhbəri –f.e.d. V.A.Lektorski). 15 elmi məqalənin müəllifidir. Maraq dairəsi geniş olmaqla üzərində çalışdığı əsas problemlər: fəlsəfi, elmi və bədii yaradıcılığın qanunauyğunluqları, yaradıcılıq və dialektik məntiq, yaradıcılıq və intuisiya, yaradıcılıq və təhtəlşüur və s. Hazırda araşdırdığı məsələ: fəlsəfə və qeyri-səlis məntiq.
    9. Əsgərova Elba (elmi işçi): 2003-cü ildən şöbə əməkdaşıdır. Bir neçə elmi məqalə müəllifidir. Hazırda elmi maraq dairəsi coğrafi sistemlərin fəlsəfi tədqiqini və coğrafiyanın elm kimi müasir elmlərarası inteqrasiyada rolu və yerinin fəlsəfi-metodoloji araşdırılması təşkil edir.
    10. İmanov Novruz (elmi işçi): 1974-cü ildən şöbədədir. Onlarla elmi məqalənin müəllifidir. Hazırda dünyanın müasir elmi mənzərəsinin formalaşmasının aktual fəlsəfi və metodoloji problemlərini analiz edir.
    11. Şəkiyeva Könül (kiçik elmi işçi): 2017-ci ildən şöbə əməkdaşıdır. Elmi fəaliyyət dairəsi bədii təfəkkürün fəlsəfi analizi ilə bağlıdır.

    Şöbənin əsas elmi nəticələri:

    1. Гулиев Г.Г. Архетипичный азери: лики менталитета. Баку, "Ени Hесил", 2002;
    2. Сариев Г. Дж. Принцип ограничения. Баку, «Элм», 1986;
    3. Qurbanov F.M. Tarixin “postqərb” mərhələsinə keçid. Risklər, proqnozlar və ssenarilər. Bakı, «Təknur”, 2010;
    4. “İdrak nəzəriyyəsi və elmin fəlsəfi problemləri” Bakı, «Adiloğlu», 2004;
    5. “Fənlərarası metodologiyanın formalaşması: problemlər və perspektivlər ” Bakı, «Təknur», 2012;
    6. “Проблемы теории познания и философии науки”. Баку, «Адилоглы», 2013;
    7. “Yeni idraki paradiqmalar və fənlərarası yanaşma” Bakı, «Təknur», 2014.