13.09.2019, 14:34 - Baxış sayı: 1060

“Ülvi qəncliyin sirləri” kitabı nəşr olunub


“Ülvi qəncliyin sirləri” kitabı nəşr olunubFəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Ülvi qəncliyin sirləri” kitabı işıq üzü görüb.
Kitabda gənc yaşlarında tarixdə iz qoya bilmiş peyğəmbərlərin, sərkərdələrin, tarixi şəxsiyyətilərin, şairlərin, mifik qəhrəmanların həyat və fəaliyyəti əsasında gəncliyin əhəmiyyətli xüsusiyyətinin fəlsəfi şərhi verilmişdir. Müəyyən qanunauyğunluğu izləmək məqsədi ilə tədqiqat üç əsas istiqamət üzrə aparılmışdır: Zaman, din və reallıq. Belə ki, gəncliyin dəyişilməz prinsiplərini göstərmək və təhlil etmək üçün burada qədim və müasir dövr, dini və ictimai sahələr, real şəxsiyyətlər və mifik qəhrəmanlar yer almışdır.
Kitabda Azərbaycanda artıq kifayət qədər məlum olan və tədqiq edilən dini və tarixi şəxsiyyətlərlə yanaşı, ilk dəfə Yeremiya peyğəmbər, Fateh Sultan Məhməd, uyğur şairi Lütfullah Mütəllib və bir neçə başqa şəxsiyyət də araşdırılmışdır ki, bu da gələcək tədqiqatlar üçün bir ideya mənbəyi rolunu oynaya bilər.
Nəşrin elmi redaktoru Türkiyənin İstanbul 29 May Universitetinin professoru Süleyman Xeyri Bolay, redaktoru isə dr. Şəhla Məcidovadır.
Kitab geniş oxucu kütləsi, xüsusilə gənclər üçün nəzərdə tutulmuşdur.