10.05.2019, 14:21 - Baxış sayı: 1091

“Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” adlı monoqrafiya nəşr edilib


“Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” adlı monoqrafiya nəşr edilib Bu günlərdə AMEA-nın vitse-prezidenti, AR Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin elmi redaktoruluğu ilə Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” monoqrafiyasında Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin uzun onillikləri əhatə edən milli dövlət quruculuğu siyasəti dünya tarixi siyasi təcrübəsi kontekstində dərindən araşdırılmış, onun XX əsrin nəhəng Milli Lider keyfiyyətləri elmi-fəlsəfi aspektlərdən geniş təhlil olunaraq qiymətləndirilmişdir.
Qeyd edək ki, monoqrafiyanın rəyçiləri AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Tahirə Allahyarova və məsul redaktoru AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, Heydər Əliyevin siyasi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli, redaktorları isə Sevinc Nisa Quliyeva və Vəfa Bayramovadır.