25.11.2026, 10:58 - Views: 12

“Ermənistanın etnik təmizləmə siyasəti” (1988-1991-ci illər) adlı monoqrafiya çapdan çıxıb


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 28 yanvar 2026-cı il tarixli, 1 saylı protokoluna əsasən nəşrə tövsiyə olunmuş“Ermənistanın etnik təmizləmə siyasəti” (1988–1991-ci illər) adlı monoqrafiya işıq üzü görüb.

Monoqrafiyanın elmi rəhbəri fəlsəfə elmləri doktoru, professor İ.R. Məmmədzadə, elmi redaktorları tarix elmləri doktoru V.Ş. Abişov, tarix elmləri doktoru, professor S.İ. Əliyeva və psixologiya üzrə fəlsəfə doktoru, dosent S.N. Hüseynovadır.

Nəşr 2025-ci ildə Bakışəhərində“Red N Line” MMC-də 262 səhifə həcmində çap olunub.

Monoqrafiyada mənbələr əsasında XX əsrin 80-ci illərin axırlarında ermənilərin Azərbaycana yeni ərazi iddiaları və bununla paralel Ermənistan SSR-də Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasəti və onların Ermənistan adlanan tarixi Qərbi Azərbaycan torpaqlarından zorakılıqla qovulması təkzibedilməz faktlarla araşdırılır.

Monoqrafiya tarixçilər, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.