Dosent Günel Məlikli Milli Müdafiə Universitetinin rektoru tərəfindən sertifikatla mükafatlandırılıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “8 NOYABR- ZƏFƏR GÜNÜ”nün 6 –cı ildönümünə həsr olunmuş Respublika Elmi-Praktik Konfransda “Hərbi Sahə Dövlət Siyasətimizin Çox Mühüm Sahəsidir” mövzusunda çıxış etdiyinə görə Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov tərəfindən sertifikatla mükafatlandırılıb.
Çıxışında dosent dövlətimizin hərbi sahəyə dair işləyib hazırladığı və gerçəkləşdirdiyi siyasət kifayət qədər geniş və əhatəli olub, çoxaspektli xarakter daşıdığını, Azərbaycan Respublikasında hərbi sahənin gücləndirilməsində Ümummilli Liderimiz – Heydər Əliyevin və onun kursunu sədaqətlə və yaradıcı şəkildə həyata keçirən Cənab Prezident İlham Əliyevin xidmətləri çox mühüm tarixi-ictimai əhəmiyyətə malik olduğunu bildirib. Prezident İlham Əliyev müdrik dövlət xadimi kimi Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksini yaratdı.
2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyulmuşdur. Bütün bunlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident İlham Əliyev hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, gərgin əməyi nəticəsində şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur. –deyə G.Məlikli vurğulayıb.

