Zeynəddin Şabanov beynəlxalq akademik əməkdaşlıqda
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.f.d., dos. Zeynəddin Şabanov beynəlxalq akademik əməkdaşlıq, elmi və pedaqoji təcrübə mübadiləsi proqramı əsasında 1 noyabr 2026-cı ildən - 31 mart 2027-ci ilədək Özbəkistan Respublikasının Kokand Universitetində pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Həmin universitetin Sosial fənlər kafedarsının dosenti kimi Z.Şabanov fəlsəfə sahəsində mühazirələr oxuyacaq, seminar-treninqlər təşkil edəcək, masterklasslar verəcək, universitetin proqramları, sillabusları ilə tanış olacaq, tələbələrin biliklərinin qiymətləndirilməsində - imtahanlarda iştirak edəcək, elmi-pedaqoji təcrübəsini, bilik və düşüncələrini tələbələrlə bölüşəcək, akademik motivasiyanın artması üçün müzakirələrdə çıxışlar edəcək, təklif və tövsiyələrini irəli sürəcəkdir. Belə təcrübələr elmi qurumlar və ali təhsil müəssisələri arasında elmi və akademik əlaqələrin möhkəmlənməsinə xidmət edəcək və gələcək əməksaşlıq üçün xüsusi töhfə verəcəkdir.

