09.09.2026, 13:48 - Baxış sayı: 5

Professor İlham Məmmədzadə “Fəxri Professor” adına layiq görülüb


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Türk dünyasında elmi və akademik əməkdaşlığın inkişafına, beynəlxalq simpozium və konqreslərin təşkilinə və bu istiqamətdə həyata keçirilən elmi təşəbbüslərə verdiyi mühüm töhfələrə və xidmətlərə görə “Fəxri Professor” adına layiq görülüb.