02.09.2026, 15:14 - Baxış sayı: 10

Koqnitiv idrak: süni intellekt kontekstində qeyri-səlis epistemoloji yanaşmalar


Azərbaycan Milli Elmlər Akademiyasi Fəlsəfə va Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə və f.e.d., professor Arif Buniyatovun həmmüəllifliyi ilə “Koqnitiv idrak: süni intellekt kontekstində qeyri-səlis epistemoloji yanaşmalar (Bakı: “Red N Line” MMC-nin mətbəəsi, 2026, -200 s.) adlı kitabı nəşr olunub. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, rəyçisi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə, redaktoru isə Qabil Camalovdur.

Müasir fəlsəfi tədqiqatlarda sosio-mədəni konseptlərin məntiqi-metodoloji xüsusiyyətlərini arşdırarkən ilk öncə qeyd etmək lazm gəlir ki, müasir fəlsəfə fərqli eoistemoloji yanaşmaların mövcudluğu ilə səciyyələnməkdədir. Müəlliflərin fikrincə, araşdırılan konseptual vəməntiqi-metodoloji xüsusiyyətlərin fəlsəfi yanaşma mövqeyindən təhlili yüksək evristik potensiya baxımından xüsusi önəm daşıyır.

Bu tədqiqat işində qeyri-səlis epistemoloji yanaşmanın fəlsəfə mövqeyindən texnogen vasitələrin tətbiqi (süni intellekt) kontekstində fəlsəfi-qnoseoloji, elmi-metodoloji prinsipləri müəyyənləşdirilir.

Bu yönümdə aparılmış tədqiqatlarda fəlsəfi-qnoseoloji, epistemoloji təhlilin məxsusi problemləri araşdırılmaqla fəlsəfi-qnoseoloji yanaşmanın fundamental istiqamətləri müəyyən edilmiş olur.