1969-cu il 14 iyul tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı sayılır
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “1969-cu il 14 iyul tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı ” adlı yazısında 14 iyul tarixi xalqımızın qəlbində həm də minilliyin Azərbaycançılığın tarix səhifələrində, milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edildiyini bildirib. Dosent qeyd edir ki, 14 iyul 1969-cu il Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi tarixi gündür. Azərbaycanın müasir dövlətçilik tarixində bu tarix milli intibahın, iqtisadi və mədəni yüksəlişin başlanğıcı sayılır.
Heydər Əliyevin zəkası bütün sədləri aşaraq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarmış, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Məqaləsində alim vurrğulayır ki, Çağdaş Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, Siyasi həyatının son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır.
Xalq da ulu öndərin tövsiyəsinə əməl edərək cənab İlham Əliyevi Azərbaycanın Prezidenti seçdi və seçimində də yanılmadı. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, Azərbaycanı yeni zirvələrə dogru aparmaqdadır.- deyə G. Məlikli vurğulayıb.

