13.07.2026, 13:59 - Baxış sayı: 20

Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin həyat yolu” adlı tədbir keçirilib


İyulun 10-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində 14 iyul-Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi günlə əlaqədar “Heydər Əliyevin həyat yolu” adlı tədbir keçirilib.
Tədbirdə rayon idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, Suraxanı Rayon İcra Hakimiyyəti  aparatının əməkdaşı Nigar Həsənova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi,eyni zamanda, İnstitut üzrə YAP Yasamal Ərazi PartiyaTəşkilatının sədri, dosent Şölət Zeynalov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, AYB-nin üzvü şair-publisist Allahverdi Cəfərov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və ölkəmizin inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər.
Rəsmi hissədən sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.