30.06.2026, 13:54 - Baxış sayı: 39

Faiq Ələkbərliyə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanı verilib


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində “Türk dünyası həftəsi” çərçivəsində keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Birinci Türkoloji qurultay : yüz ilin elmi və mədəni irsi” adlı Beynəlxalq Konqresdə tədbir iştirakçılarının bir qisminə yubiley döş nişanları təqdim olunub.AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərliyə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanı verilib.

wordpress.com