Əli İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, alimlər, əməkdaşlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açaraq Əli İbrahimovu yubiley münasibətilə təbrik edib, elmi-tədqiqat fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli bildirib ki, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi”şöbəsinin aparıcı elmi işçisi, dosent Əli İbrahimov 1997-ci ildən AMEA-nın elmi tədqiqat institutunda elmi fəaliyyətini davam etdirməkdədir. Alim 8 elmi monoqrafiyası, seçilmiş şeirlər kitabı, 90 -na yaxın elmi, 140-dan çox publisistik və pedaqoji mövzuda çap olunmuş məqalənin müəllifidir. E.Mədətli qeyd etmişdir ki, Əli İbrahimov şöbədə fəliyyəti zamanı şəhid, şəhid ailələri və qazilər haqqında ürək yanğısı ilə yazdığı publisistik yazıları qəzetlərdə çap etdirməklə yanaşı, onlara mənəvi dəstək olmuşdur. Azərbaycan Respubliklası Beynəlxalq “Avropa Nəşr Mətbuat Evi” Mükafat Komissiyasının qərarı ilə “Diplom” və yaxşı tədqiqatçı alim “Qızıl Medal”ı ilə təltif olunmuş və AMEA prezidenti tərəfindən “Təşəkkürnamə və sertifikatlara layiq görülmüşdür. Əmək Veteranı və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Tədbirdə professor Rəna Mirzəzadə, f.e.d. professor Azər Mustafayev, h.e.d., professor Habil Qurbanov, f.e.d.Füzuli Qurbanov, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının professoru Kazım Əzimov, f.e.d. Ziba Ağayeva, İnstitutun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, f.ü.f.d., dosent Həbib Hüseynov,f.ü.f.d. Radif Mustafayev, f.ü.f.d. Şölət Zeynalov, elmi işçi Telman Quliyev, i.ü.f.d., dos. Liliya Mirzəzadə, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi”şöbəsinin kiçik elmi işçisi Ceyran Hüseynli Kazımova, məzun Sənan Hüseynov, s.e.ü.f.d., dosent Sənan Həsənov, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, elmi işçi Kamran Məmmədov çıxış edərək alim haqqında öz fikirlərini bölüşüblər.
Sonra AMEA Azad Həmkarlar Təşkilatının sədri Sənan Həsənov yubilyarı təltif edib.
Tədbirin sonunda alimə xoş arzular çatdırılıb, ona möhkəm can sağlığı və yeni elmi uğurlar arzulayıblar.
Yubilyar göstərilən diqqətə görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcəkdə də elmi fəaliyyətini davam etdirmək əzmində olduğunu vurğulayıb.














