“Azərbaycan mədəniyyəti tarixində Qarabağın düşüncə xəzinəsi” kitabı çapdan çıxıb

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Zakirqızı Məmmədovanın “Azərbaycan mədəniyyəti tarixində Qarabağın düşüncə xəzinəsi” (Bakı, “Füyuzat”, 2026. 218 səh.) kitabı çapdan çıxıb. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.
İnsanda vətənpərvərlik və vətənsevərlik duyğularının mövcudluğu yüksək insani-mənəvi dəyərlərin təzahürüdür. Bu hisslər insanda kiçik yaşlardan formalaşmağa başlayır, ailənin vəətraf sosial-mədəni mühitin təsiri ilə tədricən möhkəmlənir. Elmi və fəlsəfi əsərlərdə görkəmli filosofların və mütəfəkkirlərin Vətən anlayışına münasibəti dərin məzmunlu və bədii-estetik baxımdan əsaslandırılmışşəkildə ifadə olunmuşdur.

