04.06.2026, 14:46 - Baxış sayı: 17

“Pakistan və Türk Dünyası: kimlik, diplomatiya və strateji tərəfdaşlıq” adlı kitab nəşr olunub


Astanada Türk Akademiyası tərəfindən ingilis dilində “Pakistan və Türk Dünyası: kimlik, diplomatiya və strateji tərəfdaşlıq” adlı kitab nəşr olunub. Kitabda Azərbaycan, Qazaxıstan, Pakistan, Türkiyə və Özbəkistandan olan müəlliflərin məqalələri toplanıb. 

Topluda çoxşaxəli münasibətlərin hərtərəfli və analitik hesabatı təqdim edilir. Kitab Türk Dövlətləri Təşkilatının qarşılıqlı yaxınlığın təməlini qoyan tarixi istiqamətlərini araşdırır, eyni zamanda siyasi, diplomatik, iqtisadi, mədəni və strateji sahələrdə əməkdaşlığın inkişaf edən dinamikasını göstərirlər. Kitabda Türk Dünyası və Pakistandan olan görkəmli alimlər öz baxışlarını bir araya gətirir və türk dünyasını Pakistanla bu münasibətlərin necə inkişaf etdiyini və əlaqələri qarşılıqlı şəkildə araşdırırlar.

Qeyd edək ki, kitabda həmmüəllif kimi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin "Pakistan və türk dünyası: tarix və müasir əlaqələr",  “Azərbaycan-Pakistan münasibətləri: sərhədləri aşan qardaşlıq” adlı məqalələri yer almışdır. 

Kitabın layihə rəhbəri Türk Akademiyasının prezidenti  akademik Şahin Mustafayev, layihə koordinatoru dr. Dinmuhammed Ametbekdir.

Kitabla BURADAN tanış olmaq olar.