03.06.2026, 15:36 - Baxış sayı: 8

Fransanın nüfuzlu qəzetində “44 gün: Qarabağ işğaldan - azadlığa” kitabının təqdimatı haqqında məqalə dərc olunub


Fransanın nüfuzlu analitik nəşri “La Gazette du Caucase” qəzetində AMEA-da keçirilmiş “44 gün: Qarabağ işğaldan - azadlığa” kitabının təqdimatı haqqında məqalə dərc olunub.

Məqalədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, kitabın həmmüəllifləri Dublində Triniti Universitetinin professoru Patrik Uolş və Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Səidə İsmayılzadənin təqdimat mərasimindəki çıxışlarına yer verilib.

Sözügedən məqalə ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, qəzetin baş redaktoru tanınmış fransız jurnalisti və geosiyasi eksperti Jean-Michel Brundur (Jan Mişel Brön).