Dahi Lider Heydər Əliyev faşizm üzərində qələbədə Azərbaycan xalqının fəaliyyətini yüksək qiymətləndirmişdir
AMEA Fəlsəf
ə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Dahi Lider Heydər Əliyev 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbəni yüksək qiymətləndirmişdir” adlı məqaləsində Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verdiyini bildirib. Dosent vurğulayır ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May rəsmi bayram kimi qeyd olunmağa başlandığını, veteranlara mənzillər və avtomobillər verildiyini bildirib. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini, 9 May ərəfəsində veteranlara mənzil, avtomobil və birdəfəlik maddi yardımlar təqdim olunduğunu söyləyib. Ümummilli Lider Heydər Əliyev hər il 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə müraciət və çıxışlarında Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki tarixi rolunu, cəbhədəki şücaətini və arxa cəbhədəki fədakarlığını yüksək qiymətləndirirdi.
Alim, Prezident İlham Əliyev Faşizm üzərində Qələbə Günü münasibətilə müraciət və paylaşımlarında Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki tarixi rolunu, göstərdiyi şücaəti və faşizmin məğlub edilməsindəki töhfəsini yüksək qiymətləndirdiyini vurğulayır.
1941-1945-ci illər İkinci Dünya Müharibəsi dövründə Azərbaycan elmi, o cümlədən sonradan Milli Elmlər Akademiyasının təməlini təşkil edən elmi strukturlar, bilavasitə faşizm üzərində qələbəyə xidmət etdiyini bildirərək,
1941-1945-ci illərdə Azərbaycan Elminin Qələbəyə Töhfələrini sadalamışdır. İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində də Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox olmuşdur. İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının tarixi xidmətlərini və böyük rolunu olduğu kimi bütün dünyaya tamlığı ilə dünya ictimaiyyətinə çatdırmaq, respublika ictimaiyyətinin, mətbuatın və ziyalılarımızın vətəndaşlıq borcudur.- deyə G.Məlikli vurğulayıb.


